“Pişik” Günel Zauru yaş yuyub, quru sərdi: “Şəxsi məsələləri “şitlik” dərəcəsinə gətirib çıxarır”

Elə aparıcılar var ki, üç sözü birləşdirib cümlə qura bilmir. Oxu.Az xəbər verir ki, bu sözləri “Pişik” ləqəbi ilə şou-biznesdə tanınan müğənni Günel Ələkbərova “Space” TV-də yayımlanan “Onda başladıq” səhər şousunda deyib. O, “Xəzər” TV-də yayımlanan “5-də-5” axşam şousunun aparıcısı Zaur Kamalı tənqid atəşinə tutub: “Mən heç kimdən çəkinmirəm. Ad da açıqlaya bilərəm. Elə biri Zaur Kamal. Zaur müğənnini çağırır, canlı efirdə onu alçaldır. Sən aparıcısan. İnsan özünü ilk növbədə doğru, düzgün aparmalıdır. Sən veriliş aparırsan. Öncə gərək özünü düzgün aparasan, sonra da proqram aparasan. Çünki veriliş aparmaq bir məsuliyyətdir. Görəndə ki, sənə qarşı…

Ardı

Tanınmış müğənni iti ilə elə rəqs etdi ki…-VİDEO

Sevilən müğənni Aynur Dadaşova maraqlı paylaşım edib. Sonxeber.az bildirir ki, müğənni ağ rəngli iti ilə rəqs etdiyi yerdə çəkilən videonu şəxsi İnstaqram hesabında paylaşıb. Bu paylaşımı ilə müğənni izləyicilərindən çoxlu müsbət şərhlər alıb.Qeyd edək ki, paylaşılan videoda Aynur xanım iti ilə birgə qarşı- qarşıya “çıkıdı çıkıdı” deyərək rəqs edib və paylaşıma “Allahın hər yaratdığına şükür” deyərək şərh də əlavə edib. 24 baxış

Ardı

“Mən məzuniyyətə çıxıram, xahiş edirəm darıxmayın”

Tanınmış aktrisa Çimnaz Sultanova gözlənilməz addım atıb. BiG.AZ baku.ws-ə istinadən bildirir ki, aktrisa fəaliyyətində qəfil fasilə vermək qərarına gəlib. Çimnaz Sultanova sosial şəbəkədə bu barədə paylaşım edib və bunları yazıb: “Mən məzuniyyətə çıxıram. Efirlərə, verilişlərə, tədbirlərə, toylara, məşqlərə, çəkilişlərə və “Instagram”a STOP. Xahiş edirəm darıxmayın, inciməyin, küsməyin… Həyatımda ciddi dəyişiklər baş verir. Mənim fasiləyə ehtiyacım var. Ümüd edirəm ki, siz məni başa düşərsiz… Sizləri səmimi qəlbdən sevirəm və bilirəm ki, bizim sevgimiz qarşılıqdır. Öpürəm sizləri”. 18 baxış

Ardı

Rəqsanə bakıya qayıdır: “Toylarımız əldən getdi”

Məşhur müğənni Rəqsanə İsmayılova vətənə qayıtmaq fikrinə düşüb.BiG.AZ xəbər verir ki, bu barədə müğənni Damla instagram hesabında məlumat verib. O, Rəqsanənin şəklini paylaşaraq “Bu yaxın günlərdə Rəqsanə xanım Bakıya qayıdır. Artıq səhnə fəaliyyətinə buradan davam edəcək. Toylarımız əldən getdi” şərhini yazıb.Samirə Qasımova 20 baxış

Ardı

“Aşkı memnu”nu kopyalayan serial dayandırıldı

“Aşkı memnu” serialının ssenaristləri Ece Yörenc və Mələk Gəncoğlu ötən il Rumıniyanın məşhur televiziya kanalı “Antena 1”lə bağlı Buxarest məhkəməsinə etdiyi müraciət nəticələnib. Axşam.az xəbər verir ki, onların məhkəməyə müraciətinin səbəbi isə kanalda yayımlanan “Fructul Oprit” (Yasaq meyvə) serialının ssenarisinin “Aşkı memnu”dan eynilə kopyalanmasıdır. Ötən gün baş tutan məhkəmədə bütün sosial platformalarda serialın yayımının dayandırılmasına qərar verilib. Qeyd edək ki, “Aşkı memnu” serialı 2008-2010-cu illərdə yayımlanıb. Final bölümü ilə televiziya tarixinin ən yüksək izlənmə rəqəmi yığan serialı kimi tarixə keçib. Bundan başqa, 2009-cu ildə ən çox şikayət edilən serial olub.…

Ardı

Apple-ın ucuz iPhone modeli mart ayında satışa çıxarılacaq

Apple-ın daha kiçik ekranlı iPhone istehsal etmək xəyalı iPhone SE 2 ilə gerçəkləşir. Xüsusilə son dövrlərdə satışın azalması ilə bazara qayıtmaq istəyən Apple iPhone SE 2 modelini daha ucuz edərək satışları artırmağı planlaşdırır. Milli.Az ted.az-a istinadən bildirir ki, iPHONE SE2 iPHONE 9 kimi satışa çıxarıla bilər. Bu il satışa çıxarılacağı gözlənilən yeni iPhone modeli, iPhone 8-in yenilənmiş versiyası olacaq. Şirkət buna görə iPhone 9 adı altında yeni iPhone modelini satışa çıxara bilər. Yeni çıxan hesabata görə Apple əlverişli yeni iPhone modelini gələn ilin mart ayında satışa çıxaracaq. Şirkət telefon istehsalını…

Ardı

Ağdaşda oğru qardaşlar saxlanılıb

Ağdaşda polisə ərizə ilə müraciət edən rayon sakini Şıxlı kəndinin ərazisində yerləşən ona məxsus mağazadan 1200 manat dəyərində danışıq kartları və ərzaq məhsullarının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanması barədə məlumat verib. “Qafqazinfo”nun məlumatına görə, əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayonun Şıxlı kənd sakinləri, iki qardaş Coşqun və Seymur Məmmədovlar saxlanılıb. Davam etdirilən əməliyyat-istintaq tədbirləri ilə saxlanılan şəxslərin digər cinayət əməllərinin də üstü açılıb. Belə ki, S.Məmmədovun rayon ərazisində yerləşən mağazaların birindən 150 manat pulu, C.Məmmədovun isə başqa bir şəxslə əlbir olub 2 avtomobildən maqnitofonlar oğurladıqları məlum…

Ardı

Arif Quliyevin xanımı və nəvələri – Fotolar

Xalq artisti Arif Quliyev bu dəfə ailəsi ilə kamera qarşısına keçib.Axşam.az xəbər verir ki, “Evdəkilərə salam” verilişini evində qonaq edən aktyor həyat yoldaşı Gülzarla sualları cavablandırıb. O bildirib ki, 42 ildir ailəlidir: “Tibb texnikomunda konsertə getmişdim. Zalda hamı gülürdü, təkcə Gülzardan başqa. Diqqətimi çəkdi, onu tapdım, elçi getdik və ailə qurduq”. A.Quliyev dörd nəvəsi olduğunu bildirib. O, nəvələrinin aktyor olmasını istəmədiyini söyləyib. Aktyor oğlunun da bu peşəyə yiyələnmədiyini açıqlayıb: “Oğlum incəsənəti bitirib. Amma bu sahədən uzaqdır. Tam başqa işdə işləyir”. 25 baxış

Ardı