Ağdaş rayon Mərkəzi kitabxananın oxu zalında Zəlimxan Yaqubun anadan olmasının 70 illliyi münasibətilə tədbir keçirilib.

Ağdaş Regional Mədəniyyət İdarəsinin aghdash.mctgov.az saytı xəbər verir ki, Ağdaş  rayon  Mərkəzi  kitabxananın oxu  zalında Mərkəzi kitabxana və Azərbaycan Yazıçılar Birliyinin Ağdaş rayon bölməsinin birgə təşkilatçılığı iıə Azərbaycanın Xalq Şairi, içtimai Xadim Zəlimxan Yaqubun anadan olmasının 70 illliyi münasibətilə “Şair qələmiylə işin olmasın” adlı tədbir keçirilib.

          Ağdaş rayon Mədəniyyət Mərkəzi işçilərinin də iştirak etdiyi tədbiri giriş sözü ilə Ağdaş rayon MKS-nin direktoru Seyfəddin Feyzullayev açaraq bildirib ki, Zəlimxan Yaqub çağdaş poeziyamızın böyük oxucu sevgisi qazanmış dəyərli nümayəndələrindən biridir. Öz yaradıcılığı ilə poeziyanın qulluğunda durmuş şair böyük təkamül yolu keçib, lirik şeirin hüdudlarını aşaraq, içtimai-siyasi mövzuda irihəcmli əsərlərin müəllifi kimi tanınmışdır.

         Tədbirdə MKS-nin əməkdaşı Aynur Çələbiyeva ədibin həyat və yaradıcılığı barədə geniş məruzə ilə çıxış edib.  O bildirib ki, Zəlimxan Yaqub novator şair kimi, bu janr və formaların poetik imkanlarını heyrətamiz dərəcədə genişləndirməklə şeir sənətinə yeniliklər gətirmişdir.

         Sonra Oxuculara xidmət şöbəsinin işçisi Vüsalə Məmmədova şairin “Sevgi”,  oxuculardan Aytən Sadıqova ”Ümid”, Afaq Heydərova “Gəl şəklini çəkim dünya”, 65 saylı filial  kitabxananın  müdiri Tahilə Məmmədova “Dünyada”, Mədəniyyət  Mərkəzinin  əməkdaşı Mülayim Əsədova ”Gözəldir” şeirlərini söyləyiblər.

           Azərbaycan Yazıçılar Birliyinin  Ağdaş rayon bölməsinin sədri Fəxrəddin Əsəd çıxış edərək unudulmaz şairlə bağlı xatirələrini bölüşüb və şairin  xatirəsinin yaşadılması baxımından belə tədbirlərin keçirilməsinin əhəmiyyətini qeyd edib.

          Tədbir Zəlimxan Yaqubun xatirələrini əks etdirən videoçarxın nümayişi ilə davam edib.

           Sonda şairin həyat və yaradıcılığından bəhs edən “Zəlimxan Yaqub-70” adlı sərgiyə baxış keçirilib.

Şərh Yaz
22 baxış
Paylaş

Əlaqəli yazılar