Telefonunuzda ən çox enerji tükədən tətbiqlər məlum oldu – SİYAHI

Smartfonlar son 10 ildə böyük inkişafa imza atıb. İstər texniki göstərici, istərsə də kamera və dizayn baxımından mükəmməl dərəcəyə çatıb. Ancaq batareyanın ömrü baxımından hələ də istənilən mərhələdə deyilik. Onu da bildirək ki, bir neçə il sonra istifadəyə veriləcək qrafen batareyaları ilə bu problem ortadan qalxacaq. Hələlik batareya probleminin istifadəçilər üçün vacib olduğunu söyləyə bilərik. Məlumdur ki, arxa planda işləyən tətbiqlər telefonu tez bir zamanda tükədən amillər arasındadır. Fərqində olmasanız belə telefonun enerjisini tez bir zamanda bitirir. Milli.Az ted.az-a istinadən ən çox enerji istifadə edən tətbiqlərin siyahısını sizə təqdim edir.…

Ardı

Elməddin Cəfərovun səhhətində problem yaranıb

Oxu.Az xəbər verir ki, bu barədə ATV-də “7 canlı” axşam şousunda süjet yayımlanıb. Videomaterialda bildirilir ki, aktyorun qəfildən özünü pis hiss etdiyi üçün təcili olaraq xəstəxanaya yerləşdirilib. Tanınmış aktyor Elməddin Cəfərovun səhhətində problemlər yaranıb. Canlı efirə telefon zəngi edən E.Cəfərov səhhəti haqqında açıqlama verib: “Üz sinirim iltihablaşıb. Nəticədə qulağım və üzüm çox pis şəkildə şişib. Ağrılarım var. Həkimə müraciət etmişəm. Ümid edirəm ki, yaxın bir həftə ərzində sağalıb, işimin başına qayıdacağam”. 71 baxış

Ardı

Ümumdünya Səhiyyə Təşkilatı-dan koronavirusla bağlı məsləhət

“Koronavirus simptomları olmayan insanların maskalardan istifadə etməsi xəstəliyin yayılmasının qarşısını 100% ala bilməz. Maska ilə yanaşı, əllər də yuyulmalıdır”. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatında deyilir. Bildirilir ki, hazırda virusla bağlı pandemiya mövcud deyil. Çinin ÜST-dən əlavə maska tələbi olmayıb. Virusun yayılmasının qarşısını almaq üçün maska ilə yanaşı, əl yuma kimi tədbirlər görülməlidir. Məlumatda, həmçinin, qeyd edilir ki, indiyədək koronavirusda mutasiya qeydə alınmayıb, virus sabitdir. 49 baxış

Ardı

Gözəllik ondur, doqquzu Çindən gəlib – təhlükəni kosmetikada, yoxsa kosmetoloqda axtaraq?

“Orada elə fabriklər var ki, Çin hökuməti özü belə həmin məhsullara zəmanət vermir. Həmin məhsullar ölkəyə gətirilir və kütləvi istifadəyə yönləndirilir. Hətta koronavirus olmasa belə, daha təhlükəli xəstəliklər yayıla bilər” İradə Cəlilova, Sputnik Azərbaycan  Ötən ilin sonlarında Çinin Uhan şəhərində yayılan koronavirus bütün sahələrdə narahatlığın yaranmasına səbəb olub. Belə ki, ötən ildən bu günə qədər xəstəlikdən 361 nəfər ölüb. Hazırda 21558 yoluxma halı qeydə alınıb. Koronavirus kosmetologiya ilə yoluxa bilərmi? Səhiyyə məsələləri üzrə ekspert Vüsal Həsənovun sözlərinə görə, bu gün ölkəyə bir çox dərman preparatları, kosmetoloji dərman vasitələri və alətlərin 70-80…

Ardı

Bizim 8 saatlıq iş günümüz var. Heç kim ondan artıq işləməməlidir.

Prezident İlham Əliyev fevralın 3-də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı işçilərin iş rejimi barədə də danışıb. Ölkə başçısı deyib ki, sahibkarlar fəaliyyətini qanunvericiliyə uyğun qurmalıdırlar, əmək müqavilələri bağlamalıdırlar, işçiləri istismar etməməlidirlər; “Çünki mənə verilən məlumata görə, bəzi hallarda işçiləri vaxtından çox işlədirlər. Bizim 8 saatlıq iş günümüz var. Heç kim ondan artıq işləməməlidir. Amma daha çox pula qənaət etmək üçün 10 saat, 12 saat, ondan da çox işlədirlər. Buna son qoyulmalıdır və Nazirlər Kabineti buna nəzarət etməlidir. Xüsusi müşavirə keçirilsin…

Ardı

Azərbaycan 63-cü, Ermənistan 112-ci yerdə – ordunun yeni reytinqi

Dünya ölkələri üzrə orduların yeni reytinqi açıqlanıb. “Report” xəbər verir ki, siyahını “Global Fire Power” araşdırma şirkəti hazırlayıb.  “2020: hərbi güc reytinqi” adlı sənəd ümumilikdə 138 ölkənin Silahlı Qüvvələrini əhatə edib. Reytinq hazırlanan zaman ordu ilə bağlı 6 göstərici əsas götürülüb. Bunlar illik hərbi büdcə, orduda xidmət edən şəxsi heyətin, Hərbi Hava Qüvvələrinə məxsus təyyarə, pilotsuz uçan aparat və helikopterlərin, eyni zamanda qırıcı təyyarələrin, tankların sayı və hərbi donanma üzrə göstəricilərdir. “Global Fire Power” şirkətinin araşdırması nəticəsində məlum olub ki, Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü silahlı qüvvəsidir. Belə ki, Azərbaycan Ordusu 138 ordu arasında gücünə görə 63-cü pilləni tutub. Siyahıda Gürcüstan 93-cü,…

Ardı

Türkiyədə azərbaycanlı küçə musiqiçisi: “Qarabağla bağlı mahnı oxuyanda yaxşı pul verirlər” – VİDEO

İstanbulun mərkəzi meydanlarından biri olan Taksim dünyada küçə musiqiçiləri ilə məşhurdur. Onlardan biri də azərbaycanlı qarmon ifaçısı, 53 yaşlı Elşən Əliyevdir. Həmyerlimiz hər gün minlərlə turistin ziyarət etdiyi İstiqlal küçəsində rəsmi qeydiyyatda olan küçə musiqiçilərindəndir. Taksimdə çoxları Elşən Əliyevi yaxşı tanıyır və onun bu məkanda daimi yeri var. Qarmonunda Azərbaycan, türk, rus, hind, əfqan və başqa dillərdə musiqilər ifa edən sənətçinin yanından keçənlər ayaq saxlayır, videoya çəkir və onu zövqlə dinləyirlər.  Azərbaycanlı musiqiçi Elşən Əliyev “Report”un Türkiyə bürosuna açıqlamasında iki il öncə Gəncədən Türkiyəyə gəldiyini söyləyib: “Musiqi mənim üçün həyat deməkdir. Bu səbəbdən 8 yaşında əlimə aldığım qarmonu…

Ardı