Ağdaşda ötən il 2588 yeni iş yeri açılıb

Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının birinci ilində Ağdaşda 2588 yeni iş yeri açılıb.

Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, ötən il yeni açılan iş yerlərinin 1229-u daimidir. Daimi iş yerlərinin 114-ü yeni yaradılan idarə və müəssisələr, 143-ü mövcud müəssisə və təşkilatlar, 4-ü fəaliyyəti bərpa olunan idarə və müəssisələr, 968-i isə fiziki şəxslər tərəfindən açılıb.

Qeyd edək ki, Dövlət Proqramında Ağdaş rayonu üçün planlaşdırılan layihələrin icrası, ölkədə qeyri-neft sektorunun inkişafına göstərilən dövlət dəstəyi, iqtisadiyyatın şaxələndirilməsi, sahibkarlar üçün yaradılan əlverişli şərait digər bölgələrdə olduğu kimi, bu rayonda da yeni iş yerlərinin açılmasına, əhalinin məşğulluğunun artmasına imkan verir.

AZERTAG.AZ

Şərh Yaz
71 baxış
Paylaş

Əlaqəli yazılar