“Anam dünyasını dəyişən an ona çata bilmədim”

“Anamı itirəndə onun üçün şeir yazdım. Axşam 8-də əlimə qələm aldım, gecə saatlarına kimi davam etdim. Amma elə bildim ki, bu, 5 dəqiqə çəkib. O qədər böyük daxili duyğularımı yazmışdım ki… “Bağışla məni ana, bağışla” deyirəm”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Xalq artisti Məleykə Əsədova “Ona qalsa” proqramına qonaq olarkən deyib. Məşhur aktrisa verilişdə qeyd edib ki, anası sağ olarkən onun son sözünü eşidə bilməyib:

“Anam dünyasını dəyişən an ona çata bilmədim. Həmin dövrdə “Gözəllik işığı” adlı proqramım var idi. Çəkilişdə olduğum üçün telefona cavab verə bilməmişdim. Məni axtarırdı, söz demək istəyirdi. Hələ də ürəyimdə qalıb, bilmək istəyirdim ki, mənə sözü nə idi?”.

Şərh Yaz
65 baxış
Paylaş

Əlaqəli yazılar