Ən çox namizədi olan partiya açıqlandı

Milli Məclisə seçkilərdə ən çox namizədi olan partiya Yeni Azərbaycan Partiyasıdır.

“Qafqazinfo” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib. MSK sədri bildirib ki, YAP-ın 122 namizədi seçkilərə qatılıb. Digər sıralarda Müsavat Partiyası -23 nəfərlə, Ümid- 19, BAXCP- 13 nəfərlə, VAP partiyası 12 nəfərlə təmsil olunur.

Şərh Yaz
77 baxış
Paylaş

Əlaqəli yazılar