90 saylı Ağdaş seçki dairəsi Milli Məclisə seçkilərə tam hazırdır

Ağdaş, 8 fevral, AZƏRTAC 

90 saylı Ağdaş seçki dairəsi fevralın 9-da Milli Məclisə keçiriləcək seçkilərə tam hazırdır.
Dairə seçki komissiyasının sədri Nurəddin Nəsibov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, dairə üzrə fəaliyyət göstərən 40 seçki məntəqəsində hər bir seçicinin rahat və sərbəst səs verməsi üçün bütün lazımi şərait yaradılıb. Dairə üzrə dəqiqləşdirilən siyahıya görə 40 min 493 nəfər seçici var. Onlar 9 namizəddən istədiklərinə səs verəcəklər. Bu mühüm kampaniyanın gedişini 563 nəfər müşahidəçi izləyəcək. Qabaqcadan müraciət edən və məntəqəyə gəlməyə imkanı olmayan seçicilər üçün səyyar qutular ayrılacaq.
Qeyd edək ki, səsvermənin Seçki Məcəlləsinə tam uyğun, yüksək səviyyədə keçirilməsi üçün seçkilərə hazırlıq çərçivəsində məntəqə sədrləri üçün ixtisaslaşdırılmış kurslar, habelə aşağı seçki komissiyalarının üzvləri üçün maarifləndirici treninqlər keçirilib.

Şərh Yaz
99 baxış
Paylaş

Əlaqəli yazılar