Ağdaşda narkotik alverçisi tutuldu

Ağdaş sakinin üzərindən külli miqdarda narkotik vasitə tapılıb.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az -a verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Ağdaş şəhər sakini, 40 yaşlı Rəşad Hüseynov saxlanılıb. Şəxsi axtarış zamanı ondan sellofan torbada ümumi çəkisi 465 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Şərh Yaz
Paylaş

Oxşar Xəbərlər