18.03.2020 Gündəlik Bürclər (18 Mart 2020)

QoçQarderobunuzda dəyişiklik etmək olar. Bundan xüsusi zövq alacaqsınız. Əks cinsin mənsublarını cəlb edəcəksiniz. Artıq problemlər yaşanmasın deyə, münasibətləri süzgəcdən keçirin. BuğaIşdə çətinliklər olacaq. Işdə son günlər ağırlıq sizin çiyinlərinizdədir. Səhhətinizə qarşı diqqətli olun ki, yorğunluq sizə baha başa gəlməsin. Təəssüf ki, zəhmətinizin bəhrəsini görmürsünüz. ƏkizlərQənaətcil olun. Hər bəyəndiyiniz əşyaya pul xərcləməyin. Evdə səliqəlik yaratmaq üçün münasib zamandır. Axşam saatlarında ailə üzvlərinizlə birlikdə gəzintiyə çıxın. Bunun həm sizə faydası var, həm də yaxınlarınız sevinəcək. XərçəngPozitiv enerjidən səmərəli istifadə edin. Gümrah olacaqsınız. Yeni təklifləri analiz edin. Münasib olanına “bəli” cavabı vermək olar.…

Ardı

Azərbaycanda daha 6 nəfər koronavirusa yoluxdu

Azərbaycan Respublikasında 6 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Bu barədə “Qafqazinfo” Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargaha istinadla xəbər verir. Məlumata görə, xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan həmin şəxslər özlərini normal hiss edirlər, səhhətləri stabil qiymətləndirilir. “Hazırda Azərbaycanda 27 nəfər aktiv koronavirus xəstəsi xüsusi rejimli xəstəxanalarda həkim nəzarəti altındadır, onların müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir. Koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun geniş yayılma sürətini nəzərə alaraq, vətəndaşlarımızı Ümumdünya Səhiyyə Təşkilatı və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət…

Ardı

Alimlər əllərin yuyulması ilə koronavirus arasında əlaqə barədə həqiqəti açıqladılar – FOTO

Alimlər yuyulan əllərin əslində necə göründüyünü ultrabənövşəyi kameranın köməyi ilə çəkiblər, həmçinin koronavirusdan qorunmaq üçün düzgün yuyunma üsulunu paylaşıblar. Bu barədə “Daily Mail” xəbər yayıb. Eksperiment iştirakçısı mikrobların ələ necə yapışdığını imitasiya edən xüsusi gellə əllərini silib. Bildirilir ki, koronavirus kimi mikrobların ölçüsündə zərrəciklərin mövcud olduğu şəffaf gel ultrabənövşəyi şüaların altında işıq saçır. Təqdim olunan görüntülərdə əllər nə qədər açıq rəngdədirsə, bir o qədər çirklidir. Mütəxəssislər bildiriblər ki, insanların dörddə biri sadəcə üç saniyə ərzində əllərini yuyur və silkələyir, qurutmur. Ancaq fotolardan görünür ki, bu kifayət eləmir. Üstəlik, mikroblar nəmli əllərdə…

Ardı

Hindistan və Filippində “quş qripi” tapıldı

Hindistan və Filippində quş qripinin sürətlə yayılan H5N6 növü aşkarlanıb. “Qafqazinfo” “NTV”yə istinadən xəbər verir ki, hələlik ev quşlarında tapılan virusun insanlara keçib-keçməməsi yoxlanılır. Minlərlə bildirçin, toyuq və ördək tələf edilib. Filippində 12 min, Hindistanda 4 minədək quş məhv olunub. Mütəxəssislərin fikrincə, H5N6-nın insana keçmə ehtimalı azdır.  Virusun qaynağı hələlik təsbit olunmayıb

Ardı

Ağdaş sakini həmyerlisinə 4 bıçaq zərbəsi vurdu

Ağdaş rayonunda bıçaqlanma hadisəsi baş verib. “Report”un məlumatına görə, hadisə rayonun K.Kərimov küçəsində qeydə alınıb. Belə ki, Ağdaş rayon sakini, 1996-cı il təvəllüdlü Əhmədxanlı Həsənxan Varis oğlu həmyerlisi 1998-ci il təvəllüdlü Xəlilov Vüsal Əfqan oğlu ilə mübahisə edib. Mübahisə nəticəsində V.Xəlilov H.Əhmədxanlıya 4 bıçaq zərbəsi vurub. Yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Ardı

Ağdaşlı Bakıda daş karxanasında qətlə yetirildi

Bakıda qətl hadisəsi baş verib. “Report”un xəbərinə görə, hadisə Qaradağ rayonunun Korgöz qəsəbəsində yerləşən daş karxanasında qeydə alınıb. Belə ki, naməlum şəxs və ya şəxslər Ağdaş rayon sakini, 1968-ci il təvəllüdlü Əziz Qurbanovu qətlə yetirib. Onun meyiti idarə etdiyi “KamAZ” markalı yük maşınının yanında tapılıb. Faktla bağlı araşdırma aparılır.

Ardı

Bakı, Sumqayıt və Abşerona giriş dayandırılır – RƏSMİ

Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə bütün səviyyələrdə hərəkətin məhdudlaşdırılması və sosial təcridin gücləndirilməsi tədbirləri davam etdirilir. Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata, bu məqsədlə martın 19-da saat 00:00-dan etibarən xüsusi təyinatlı, o cümlədən, təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla respublikanın şəhər və rayonlarında qeydiyyatda olan nəqliyyat vasitələrinin və onların sərnişinlərinin Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna buraxılması martın 29-dək dayandırılır.  Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda qeydiyyatda olan sərnişindaşıma nəqliyyat vasitələrinin (avtobus, mikroavtobus, taksi və s.) ölkənin başqa şəhər və rayonlarından Bakı,…

Ardı

Mübariz Mənsimovun əleyhinə ifadə verənlərin kimliyi bilindi

Türkiyədə həbs olunan azərbaycanlı iş adamı Mübariz Mənsimovun əleyhinə ifadə verən şəxslər məlum olub. Türkiyə mənbələrindən AzToday.az-a daxil olan məlumata görə, bu gün səhər saatlarında keçirilən məhkəmədə iki nəfər Mənsimovun əleyhinə ifadə verib. Belə ki, zamanında Mənsimovun sahib olduğu “Palmali” Şirkətlər Qrupundan etdiyi oğurluğa görə, işdən qovulan Alaatdin Aykaç və Fatih Berber iş adamının əleyhinə ifadə veriblər. Mənsimovun əleyhinə ifadə verən şəxslər barəsində Türkiyənin “Hüriyyet” qəzetinin 2016-cı ildə yaydığı məlumatda bildirilirdi: Azərbaycanlı iş adamı Mübariz Mənsimov hüquqi yollara baş vurduqdan sonra şirkəti “Palmali”yə aid olan 4 gəmisini geri ala bilib.…

Ardı

Çin çempionatı bu tarixdə başlayacaq

Çin Futbol Federaisyası ölkədə koronavirusa yoluxanların sayının sürətlə azalmasından sonra futbol liqaları ilə bağlı qərar verib.  “Qafqazinfo” xəbər verir ki, aprelin 18-də Çin Super Liqasına start veriləcək. Açılış matçında “Qinqdao Huanxay” “Şitszçjuan”la qarşılaşacaq. Fevralın 22-də başlamalı olan çempionat koronavirusa görə təxirə salınmışdı.

Ardı