Ağdaş sakini həmyerlisinə 4 bıçaq zərbəsi vurdu

Ağdaş rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə rayonun K.Kərimov küçəsində qeydə alınıb.

Belə ki, Ağdaş rayon sakini, 1996-cı il təvəllüdlü Əhmədxanlı Həsənxan Varis oğlu həmyerlisi 1998-ci il təvəllüdlü Xəlilov Vüsal Əfqan oğlu ilə mübahisə edib. Mübahisə nəticəsində V.Xəlilov H.Əhmədxanlıya 4 bıçaq zərbəsi vurub. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Şərh Yaz
Paylaş

Oxşar Xəbərlər

Xəbər Lenti