Ağdaşlı Bakıda daş karxanasında qətlə yetirildi

Bakıda qətl hadisəsi baş verib.

“Report”un xəbərinə görə, hadisə Qaradağ rayonunun Korgöz qəsəbəsində yerləşən daş karxanasında qeydə alınıb.

Belə ki, naməlum şəxs və ya şəxslər Ağdaş rayon sakini, 1968-ci il təvəllüdlü Əziz Qurbanovu qətlə yetirib. Onun meyiti idarə etdiyi “KamAZ” markalı yük maşınının yanında tapılıb.

Faktla bağlı araşdırma aparılır.

Şərh Yaz
Paylaş

Oxşar Xəbərlər