Daha bir ölkədə məktəblər bağlandı

Koronavirus pandemiyası səbəbindən Böyük Britaniyada bütün təhsil müəssisələri bağlanıb. “Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Təhsil naziri Qevin Uilyamson parlamentdə açıqlayıb. Tədris müəssisələri növbəti xəbərdarlığadək fəaliyyət göstərməyəcək. May və iyuna nəzərdə tutulan imtahanlar ləğv olunub. Onların hansı vaxtadək təxirə salındığı hələlik bilinmir.

Ardı

“İstiqlal 14.5T” antimaterial tüfəngi – İri çapın qətl faktları

“İstiqlal 14.5T”*, Azərbaycan dizaynerləri tərəfindən hazırlanan və Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin müəssisələrinin istehsal etdiyi ən uğurlu anti-material snayper tüfənginin modernləşdirilən versiyasıdır. Tüfəng özünü təmas xəttində ciddi fərdi çəkindirmə silahı kimi sübut edib: asanlıqla istifadə edilə bilir, rahat və kifayət qədər dəqiqdir.İki əsas hissəyə bölünən “İstiqlal 14.5T” tüfənginin kütləsi, onu iki nəfər heyət tərəfindən xüsusi kürək çantalarında daşınmasını asanlaşdırır. Xüsusi dempfer mexanizmi ilə kompensasiya olunan kiçik geri təpmə ondan yüksək dəqiqlikli snayper silahı kimi atəş açmağa imkan verir. Lakin bütün bunlara baxmayaraq, o həm cəbhə xəttinin ən optimal və qorxunc silahı,…

Ardı

Lənkəranda 3 ədəd mina tapılıb

Dövlət Sərhəd Xidmətindən (DSX) Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Lənkəran rayonu, Liman qəsəbəsi ərazisində 3 ədəd minanın tapılması barədə məlumat daxil olub.ANAMA-dan Ordu.az-a verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Dövlət Sərhəd Xidmətinin və Lənkəran rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Stansiyasının (103 xidməti) əməkdaşları dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə dəniz sahilinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd…

Ardı

Bu da Şəbnəm Tovuzlunun oğlu Əli – FOTO

Ötən gün tanınmış müğənni Şəbnəm Tovuzlu oğluna ad günü edib. BiG.AZ xəbər verir ki, ifaçı oğlu Əlinin doğum gününə çox az sayda məşhur dəvət edib. Əlini ad günü münasibəti ilə müğənni Nazənin də sosial şəbəkə hesabında təbrik edib. Qeyd edək ki, Şəbnəm Tovuzlunun Əlidən başqa bir qızı da var. Fotonu təqdim edirik:

Ardı

19.03.2020 Gündəlik Bürclər (19 Mart 2020)

QoçSıxlıq yerlərdə sevdiyiniz insanla razılaşmaqda çətinlik çəkə bilərsiniz. Onu çox tənqid etməməyə çalışın. Yaxşı olar ki, qarşı tərəflə mehriban davranasınız. Ortaqlı işlərdə özünüzü ətrafdakılara göstərmək əhəmiyyətli ola bilər. BuğaYaradıcı, enerjili olacaqsınız. Bu da başladığınız işləri tamamlamağa kifayət edir. Bütün informasiyalara etibar etmək olmaz. Kimsə sizi bilərəkdən yanlış yola çəkmək istəyir. Gün romantik görüş üçün də əlverişlidir. Bu görüş həm sizin, həm də yarınız üçün yadda qalan olacaq. ƏkizlərBu gün tərif deyil, tənqid eşidəcəksiniz. Səhvlərinizi anladığınızı və düzəltməyə çalışdığınızı deməyin isə heç faydası olmayacaq. Ailə-məişət problemlərinin həlli, valideyn və ya qohumlarla…

Ardı

Bu yollarda postlar quruldu

Bu gecə saat 00.00-dan etibarən Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna digər şəhər və rayon qeydiyyatında olan avtomobillərin və həmin avtomobillərin sərnişinlərinin girişi dayandırılacaq. “Qafqazinfo”nun məlumatına görə, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov APA-ya açıqlamasında bildirib ki, artıq adıçəkilən şəhərlərin və Abşeron rayonunun girişlərində polis postları qurulub və Nazirlər Kabineti yanında Operativ Qərargahın məlum qərarı bu gecə saat 00.00-dan qüvvəyə minəcək.  E.Zahidov Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna ara yollarla daxil ola bilmənin mümkünlüyü barədə sosial şəbəkələrdə yayılan məlumatlara da münasibət bildirib. Onun sözlərinə görə, Bakı, Sumqayıt…

Ardı

Koronavirusla mübarizədə iştirak edən tibb işçilərinin maaşı artırıldı

Prezident İlham Əliyev yeni növ koronavirus (COVİD -19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında sərəncam imzalayıb. “Qafqazinfo” xəbər verir ki, sərəncama əsasən yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının 3-5 mislinədək miqdarda müddətli əlavə müəyyən edilir. Nazirlər Kabinetinə bu sərəncamla müəyyən edilən müddətli əlavənin şamil olunacağı tibb işçilərinin əhatə dairəsini, əlavənin ödənilmə müddətini və işin xüsusiyyətindən asılı olaraq miqdarını müəyyən etmək, COVİD-19 infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində…

Ardı

İranda ilaxır çərşənbədə tonqal 1104 nəfəri yandırdı

İranda ilaxır çərşənbə şənliklərində tonqaldan tullanarkən 3 nəfər ölüb, 1101 nəfər yaralanıb. “Mehr” xəbər agentliyinin məlumatına görə, İranın Təcili Tibbi Yardım İdarəsinin mətbuat katibi Muctaba Xaledi bu barədə açıqlama verib. O bildirib ki, yaralılardan 166-sı bədən üzvlərini, 416-sı isə görmə qabiliyyətini itirə bilər. Ötənilki şənliklərdə 4 nəfər ölmüş, 1962 nəfər yaralanmışdı.

Ardı

Ronaldonun koronavirusdan “gizləndiyi” adada

İtaliyanın “Yuventus” komandasının məşhur hücumçusu Kriştiano Ronaldo dünyanı çənginə alan koronavirusdan canını qurtarmaq üçün İtaliyanı tərk edib Madeyra adasında sığınarkən təbii fəlakətlə üzləşib. BiG.AZ-ın superhaber.tv-yə istinadən verdiyi xəbərə görə, ulduz futbolçunun anası Doloresin insult keçirməsindən sonra ailəsi ilə qaldığı İlha De Fuzeta adasında zəlzələ baş verib. Ötən həftə də 5,2 bal gücündə zəlzələ ilə üzləşən adada bu dəfə zəlzələ 3.8 bal gücündə olub.

Ardı