Ülviyyə Alovluya xəbərdarlıq edildi

Nazirlər Kabineti yanında Operativ Qərargah və Baş Prokurorluq birgə məlumat yayıb. “Qafqazinfo”ya daxil olan məlumatda bildirilir ki, cəmiyyətdə təşvişə səbəb olan koronavirus infeksiyası ilə (COVİD-19) ölkəmizdə qabaqlayıcı mübarizə tədbirlərinin gedişatı, habelə xəstəliyə yoluxma ehtimalı olan şəxslərin tibbi müayinədən keçirilməsi və nəzarət altına alınması barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ictimaiyyətə mütəmadi olaraq ətraflı məlumatlar verilməsinə, eləcə də sensasiya naminə reallığı əks etdirməyən məlumatların yayılmaması məqsədilə səlahiyyətli qurumların mətbuat xidmətləri ilə dəqiqləşdirmələrin aparılması tələb edilməsinə baxmayaraq, bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkə istifadəçiləri tərəfindən ictimai rəyi çaşdırmaq…

Ardı

Tünzalə Ağayeva evdən konsert verəcək

Koronavirus səbəbindən #evdəqal aksiyasına qoşulan Xalq artisti Tünzalə Ağayeva evdən konsert verəcək. “Qafqazinfo”nun məlumatına görə, bu barədə müğənni İnstaqram səhifəsində elan verib. “Evdən də dinləyicilərimə musiqi qidası ötürmək istəyirəm” deyən Tünzalə koronavirusla bağlı insanları ehtiyatlı olmağa da çağırıb. T.Ağayevanın canlı konserti sabah saat 18:00-da baş tutacaq.

Ardı

Ən ölümcül viruslar niyə yarasalardan keçir?

Yarasalar yaxın keçmişdə yaşanan və heyvandan insana yoluxan bir çox xəstəliyin əsas mənbəyi kimi qəbul edilir. Bəs ölümcül xəstəliklərə səbəb olan viruslar niyə məhz yarasalarda ortaya çıxır? BiG.AZ Publika.az -a istinadən xəbər verir ki, minlərlə insanın ölümünə səbəb olan Ebola, SARS, Marburq, Nipah kimi viruslarla yanaşı, indi də “COVID-19″un yarasalardan qaynaqlanmış ola biləcəyi düşünülür. Britaniyanın “Independent” qəzetinin elm dərgisi olan “eLife”da yayımlanan yeni məqaləyə əsasən yaydığı xəbərə görə, bunun səbəbi məməli sinfi daxilində minə yaxın növü olan və uça bilən yeganə canlı – yarasaların uçma qabiliyyəti qazanma prosesində viruslar üçün inkişaf…

Ardı

Dadlı omlet hazırlamağın 4 sirri

Axşam.az xanımlar üçün maraqlı reseptlər təqdim edir: Qızardılmış pendirli çörək Ərzaqlar:Konservləşdirilmiş pomidor – 400 qr.Tomat pastası – 0,5 x/q.Soğan – 1 ədədÇedar pendiri – 175 qr.Xardal – 0,5 ç/q.Qara pivə – 50 ml.Sarımsaqlı sous – ¼ ç/q.Bir yumurtanın ağıXırda doğranmış cəfəri – 1,5 x/q.Halqavari çörək dilimi – 8 ədədDuz və istiot zövqə görə Hazırlanması:Konservləşdirilmiş pomidoru, xırda doğranmış soğanı və tomat pastasını qazana töküb, 10 dəqiqə sobada bişir. Duz və istiot əlavə edib, oddan götür. Sürtgəcdən keçirilmiş pendiri, xardalı, sarımsaqlı sousu, yumurta ağını, cəfərini, duz və istiotu qarışdır. Əvvəlcədən qızardılmış çörəkləri…

Ardı

“Yeni sağalırdım ki, evdə ayağım sürüşdü, yıxıldım”

Əməkdar artist Aybəniz Haşımovanın bloqqer qızı Aynişan Quliyevanın səhhətində problem yaranıb. “Qafqazinfo” xəbər verir ki, o, instaqramın sual-cavab funksiyasından istifadə edərək izləyicilərə maraqlı olan mövzulara toxunub. Aynişan “niyə enerjiniz yoxdur?” sualına rəy verərək hərarətinin yüksək olduğunu bildirib: “Balidən gələndən xəstəyəm. Gələn kimi qızdırma, herpes… Elə yeni sağalırdım ki, evin içində ayağım sürüşdü, faciəvi şəkildə yıxıldım. Sol tərəfim hələ də tam olaraq işləmir. Onun üstünə də yenidən qrip oldum. Gələndən savaşdayam”.

Ardı

Novruz bayramı münasibətilə şəhid ailələri ziyarət edilib – FOTOLAR

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən Novruz bayramı münasibətilə hərbi qulluqçular şəhid ailələrini ziyarət edib.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, bayram münasibətilə ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi yad edilib, şəhid ailələrinə baş çəkilib onlara Ordu rəhbərliyinin təbrikləri çatdırılıb və bayram sovqatları təqdim olunub.

Ardı

Qarşıdakı 10 ildə elektron müharibə necə olacaq?| Əsgərsiz ordular dövrü

Elektron Müharibə texnologiyalarının sürətli inkişafı qarşıdakı dövrlərdə hərbi təchizatın təkmilləşdirilməsi planları daxilində sözügedən texnologiyaların əsas faktora çevriləcəyini deməyə imkan verir.Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı sektorun əsas oyunçularından olan “BAE Systems” korporasiyasının istehsal xətti üzrə direktoru Kris Rappa bildirib. O qeyd edib ki, təmsil etdiyi şirkət də daxil olmaqla hazırda bazardakı bir çox kompaniyalar elekton darayıcı oxların təkmilləşdirilməsini başlıca hədəflərdən biri olaraq görür. Onun sözlərinə görə, şirkət qarşıdakı bir neçə il ərzində kəşfiyyat, nəzarət və axtarış sistemlərinin yeni nəslini təqdim edəcək. Belə ki, bu sistemlərin təkmilləşdirilməsi,…

Ardı

Mingəçevirdə iki avtomobil toqquşub, 3 nəfər xəsarət alıb

Mingəçevirdə yol nəqliyyat hadisəsi baş verib. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə şəhərin Təbriz küçəsi ilə Naxçıvan küçəsini birləşdirən nəqliyyat körpüsündə qeydə alınıb.  İki avtomobilin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb. Müxtəlif bədən xəsarətləri almış iki kişi və bir qadın xəstəxanaya çatdırılıb. Yaşlılardan biri maşında sıxılmış vəziyyətdə qaldığından onu FHN-nin xilasetmə qrupu maşından çıxarıb. Faktla bağlı araşdırma aparılır.

Ardı

Yaponların super beyninin sirri – Uşaqlıqdan bu bitkinin kökünü yeyirlər

Nəyə görə yaponlar zəkalı, beyni aktiv, özləri uzun ömürlüdür? Onlar baş beynin aktivliyini artıran və onu lazımi maddələri bir bitkidən alırlar. Daha doğrusu bu bitkinin təzə köklərini həm yeməkdə, həm şorabasını uşaqlıqdan yeyirlər. Sonxeber.az redaktor.az-a istinadən bildirir ki, hazırda da Yaponiya bazarlarında və marketlərində satılan bu bitki ayıpəncəsidir (rus dilində lopux). Bazarda nazik, zoğ kimi təzə kökləri göyərti kimi dəstələnib satılır. Yaponlar ona qobo deyir. Onlar üçün bitki yox, tərəvəzdir. Bitkinin kökü temperatura dözümlüdür və uzun müddət qalır. Marinadlaşdırılmış ayıpəncəsi kökü isə vakuum qablaşdırmada satılır və onu restoranlarda, evdə az qala…

Ardı