ABŞ Qarabağ separatçılarına yardımı ləğv etdi

Erməni lobbisinin aktiv səylərinə rəğmən ABŞ-ın qondarma Qarabağa təqdim etdiyi birbaşa yardım ləğv edilib. BiG.AZ axar.az-a istinadən xəbər verir ki, bu məlumatı Amerika Tədqiqatları Erməni Mərkəzi yayıb. “Tramp administrasiyası Qarabağın minalardan təmizlənməsi proqramına ayrılan vəsaitin ixtisarı barədə qərar qəbul edib. Amerika Tədqiqatları Erməni Mərkəzi dəfələrlə Azərbaycan hakimiyyətinin aktiv fəaliyyəti, o cümlədən ABŞ Təhlükəsizlik Şurasında öz maraqlarının təmini üçün xərclədiyi pullar barədə məlumat təqdim edib. Məhz ABŞ Təhlükəsizlik Şurası bu proqramın gələcəyini müəyyən edir. Qeyd etmək yerinə düşər ki, ABŞ Ermənistan istisna olmaqla, Qarabağın müstəqilliyini tanımadan ona maliyyə yardımı göstərən yeganə dövlət…

Ardı

“Yuventus”un daha bir futbolçusu koronavirusa yoluxdu

İtaliyanın “Yuventus” klubunun və Argentina millisinin futbolçusu Paulo Dibala rəfiqəsi ilə birgə koronavirusa yoluxub. “Report”un məlumatına görə, bu barədə 27 yaşlı forvardın özü şəxsi “Instagram”ında yazıb. O, COVID-19 testlərinin nəticəsinin müsbət olduğunu, amma hazırda özlərini ideal şəraitdə hiss etdiklərini açıqlayıb. Qeyd edək ki, Paulo Dibala “Yuventus”un koronavirusa yoluxmuş üçüncü futbolçusudur. Daha əvvəl müdafiəçi Daniele Ruqani və xavbek Blez Matüididə də bu xəstəlik aşkarlanıb. 

Ardı

Koronavirusun statistikası açıqlanıb

Son dəqiqələrin statistikasına görə, dünyada koronavirusa (COVİD-19) yoluxanların sayı gün ərzində 287.239 nəfər olub. BiG.AZ xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat verib. Ölənlərin sayı isə 9 saat ərzində 522 nəfər yüksələrək 11.921 nəfər olub. İtaliyada koronavirusa yoluxanların sayı durmadan artır. Son rəqəmlər 47 021 nəfərin bu virusdan əziyyət çəkdiyini göstərib. Dünyasını dəyişənlər isə 4032 nəfərdir. İspaniyada isə ölənlərin sayı 9 saat ərzində 282 nəfər artaraq, 1375 nəfərə çatıb.İranda bu saata koronavirusdan ölənlərin sayı 1556 nəfərdir. Digər ölkələrdə isə ölüm sayı Fransa – 455, İngiltərə – 178, Türkiyədə…

Ardı

İslam aparıcılıqdan getdi

Aktyor İslam Mehrəliyev aparıcısı olduğu “Üçümüz” layihəsindən uzaqlaşıb. Axşam.az xəbər verir ki, hazırda teleşouda onu həmkarı Erkin Ergin əvəz edir. Qeyd edək ki, proqramın digər aparıcıları Elcan Rəsulov və Anar Xəlildir. Onu da bildirək ki, bundan öncə “Üçümüz”də aktyorlar Ülvi Həsənli və Həsrət Həsrətov aparıcılıq edib.

Ardı

Putin İtaliyaya kömək edəcəyinə söz verdi

Rusiya Prezidenti Vladimir Putin və İtaliyanın Baş Naziri Cuzeppe Konte telefonla danışıb.  “Qafqazinfo” xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.  Onlar koronavirus pandemiyası ətrafındakı vəziyyət və infeksiyanın yayılmasının qarşısının alınması ilə bağlı müzakirə aparıblar. Danışıq Rusiya tərəfinin təşəbbüsü ilə baş tutub.  Putin Konte ilə danışıqda hökumətə və İtaliya xalqına dəstək ifadə edib.  İtaliya tərəfinin müraciətini nəzərə alaraq Rusiya operativ köməklik göstərəcəyini təsdiqləyib. Putin lazımlı köməkliyin parametrlərini də təqdim edəcək.

Ardı

Məşhur müğənni imicini dəyişdi – FOTO

Ceylan imicini dəyişib. Publika.az xəbər verir ki, türkiyəli müğənni yutub kanalının tanıtım fotoları üçün Selim Akarın obyektivinə poz verib. Koronavirus səbəbilə konsertlərini təxirə salan ulduz türkü və arabesk tərzdə olan 10 köhnə mahnısını kanalı üçün yenidən ifa edəcək. Müğənninin saç stili də diqqətdən yayınmayıb. Ceylan “daim axtarışlar məni xoşbəxt edir” deyə bildirib.

Ardı

Yevlaxda yol qəzası oldu, xəsarət alanlar var

Yevlax şəhərində xəsarətlə nəticələnən avtomobil qəzası olub. “Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə şəhər avtovağzalı yaxınlığında qeydə alınıb.  “Mercedes” markalı iki minik avtomobilinin toqquşması nəticəsində 1967-ci il təvəllüdlü Minayə Yaqub qızı Babayeva və 1961-ci il təvəllüdlü Ətrabə Məmmədhüseynova xəsarət alıblar. Yaralılar xəstəxanaya çatdırılıb. Hadisənin səbəbləri Dövlət Yol Polisi əməkdaşları tərəfindən araşdırılır.

Ardı

İtaliyada gün ərzində koronavirusdan 800-ə yaxın insan öldü

Son bir gün ərzində İtaliyada koronavirus qurbanlarının sayı rekord həddə çatıb. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb. Məlumata görə, son gün ərzində ölkədə 793 nəfər ölüb, təxminən 5 000 nəfər virusa yoluxub.  Ölkənin Mülki Müdafiə Xidmətinin rəhbəri Andjello Borrelli bildirib ki, bu, epidemiyanın başlanğıcından indiyə kimi ölkədə yeni antirekorddur. “Təəssüf ki, bu gün bizdə 793 ölü var. Hazırda ölkədə koronavirusa yoluxanların ümumi sayı 42 681 nəfər təşkil edir. Ötən günlə müqayisədə virusa yoluxanların sayı 4 871 nəfər artıb. Sağalanların sayı 6 min nəfəri ötdü”, – deyə o bildirib. 

Ardı

Gündə yarım qaşıq zeytun yağı nələrdən qoruyur?

Zeytunun, zeytun yağının bir çox faydalarının, üstünlüklərinin olduğu hər kəsə məlumdur. BiG.AZ e-tibb.az-a istinadən bildirir ki, Harvard Universitetinin alimləri müəyyən ediblər ki, gündə yarım yemək qaşığı zeytun yağı ürək və damar xəstəliklərindən qoruyur. Alimlər, təxminən 100 min nəfərin sağlamlıq durumuna dair məlumatları 24 il boyunca izləyiblər. Nəticədə çoxlu zeytun yağı istifadəsinin ürək sağlamlığı üçün böyük faydalarının olduğu məlum olub. Araşdırma başlayan zaman xərçəng, ürək xəstəlikləri, eləcə də hər hansı xroniki problemi olmayan insanlar 4 ildə bir dəfə qidalanma, həyat tərzləri ilə bağlı hazırlanan anketləri cavablandırıblar. Hər gün yarım yemək qaşığı zeytun…

Ardı

Bakı küçələri bu saatlarda xüsusi texnikalarla yuyulacaq

Koronavirus (COVİD – 19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə gündəlik olaraq səhər saat 06:00-dan 08:00-dək, axşam saatlarında saat 21:00-dan 23:00-dək xüsusi kommunal texnikalar vasitəsi ilə şəhərin küçələri yuyulacaqdır. Bu barədə “Qafqazinfo”ya Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib.  Qeyd olunub ki, bundan əlavə, gün ərzində yaşayış binalarının həyətlərində, giriş bloklarında, lift kabinlərində, pilləkən marşlarında, konteyner meydançalarında və sakinlərin daha çox istifadə etdiyi yerlərdə dezinfeksiyaedici tədbirlər aparılacaqdır.

Ardı

Bu mahnılara icazə verilməyəcək-CİDDİ QƏRAR

Xəbər verdiyimiz kimi, Avropa Yayım İttifaqı koronavirusun yayılması riskləri səbəbindən bu il may ayında Niderlandda keçiriləcək “Eurovision 2020” müsabiqəsinin ləğv olunduğunu bəyan edib. S0nxeber.az publika.az-a istinadən xəbər verir ki, müsabiqəni 2021-ci ilə qədər təxirə salmaq qərarına gələn təçkilatçılar 2020-ci ildə seçilən iştirakçıların ölkələrini gələn il yarışmada təmsil etmək hüququnu saxlayıb. Lakin təşkilatçılar COVID-19 koronavirus pandemiyası səbəbindən 2021-ci ilə təxirə salınan yarışmada ölkələrin istədikləri qaydada müsabiqədə təmsilçilərini dəyişdirmələrinə və ya buraxmalarına icazə verməyi qərara alıb. Daha bir mühüm qərar ondan ibarətdir ki, iştirakçılar yarışmada bütün hallarda yeni mahnılarla çıxış etməli olacaq.…

Ardı