91 yaşlı türk koronavirusa qalib gəldi

İngiltərənin paytaxtı Londonda yaşayan 91 yaşlı İbrahim Özalp koronavirusdan sağalıb. “Qafqazinfo” “CNN Türk”ə istinadən xəbər verir ki, Özalp, 10 gün əvvəl ürək sıxılması səbəbiylə Londonun şimalındakı Homerton Xəstəxanasına aparılıb və aparılan testlər nəticəsində onun koronavirusuna yoluxduğu məlum olub. Türk xəstəsi ilə bağlı açıqlama verən həkimlər Özalpın güclü immunitetinə görə xəstəlikdən sağaldığını bidiriblər.  Qeyd edək ki, İngiltərədə koronavirusa yoluxanların ümumi sayı 6500-ə, ölənlərin sayı isə 335-ə çatıb.

Ardı

Hasan Şaş və Ümid Davala da koronavirusa yoluxdular

“Qalatasaray” futbol klubunda daha üç nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb. “Haber Global”ın məlumatına görə, komandanın iki məşqçisi və bir oyunçusunda koronavirusa yoluxma təsdiqlənib. Onlar Ümid Davala, Hasan Şaş və hələlik adı açıqlanmayan bir futbolçudur.  Məlumatda hər üçünün artıq karantinə alındığı deyilir.  Xatırladaq ki, bundan öncə “Qalatasaray”ın vitse-prezidenti Abdurrahim Albayrakda və baş məşqçi Fatih Terimdə koronavirus aşkarlanmışdı.

Ardı

Azərbaycanda koronavirusa görə zərər çəkən sahibkarlara müddətli vergi güzəştləri nəzərdən keçirilir

Dövlət sahibkarlıq subyektlərinə müddətli vergi güzəştləri və tətillərinin verilməsi, sahibkarlığın kreditləşdirilməsi şərtlərinin yumşaldılması imkanlarını nəzərdən keçirir. “Report” xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov müsahibəsində bildirib. Onun sözlərinə görə, bu məqsədlə aidiyyəti dövlət qurumları, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası ilə intensiv müzakirələr aparılır. M.Cabbarov qeyd edib ki, işçi qrup biznesin qorunması və dəyən zərərlərin minimallaşdırılması üçün müvafiq təkliflər hazırlayaraq dövlət başçısına təqdim edəcək: “Eyni zamanda, işəgötürənlər də öz növbəsində mövcud şəraitdə icarədarlarla münasibətlərə yenidən baxmalı, imkan daxilində icarə haqlarının dondurulması və s. kimi məsələləri müzakirə etməlidirlər”.

Ardı

Xərçəngdən sağalan kişi koronavirusdan öldü – FOTO

Xərçəngdən sağalan şəxs koronavirusdan ölüb. Koronavirusdan ölən 34 yaşlı şəxs ABŞ-da bu virusun ən gənc qurbanı olub. ABŞ-ın Florida ştatında yaşayan Jeffrey Ghazarian adlı şəxs ağır xəstəliyə qalib gəlsə də, koronavirusa məğlub olub. Koronavirus testinin nəticəsi müsbət çıxan Cefrinin həyatını xilas etmək mümkün olmayıb. TMZ yazır ki, mart ayının 2-də Los Ancelesdən Orlandoya uçan Cefri mart ayının 8-də öskürməyə başlayıb. O, evə qayıtdıqdan sonra yüksək qızdırmayla xəstəxanaya aparılıb. Cefri 11 gün sonra dünyasını dəyişib. Qeyd edək ki, o, 2016-cı ildə xərçəng xəstəliyindən sağalmışdı. Məlumat üçün bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatı…

Ardı

Türkiyə koronavirusa qarşı o dərmandan aldı

“Koronavirusa qarşı müsbət nəticələr göstərən dərman bu gün Çindən gətirilib” “Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə Səhiyyə naziri Fəxrəddin Qoca açıqlama verib. “Çində koronavirusa qarşı effektiv nəticələr göstərən dərmandan yetərli sayda bu gün səhər ölkəmizə gətirdik. Dövlətin fabrikə əl qoymasına rəğmən bu dərmanı gətirə bildik. Çin səfirliyi ilə görüşdüm. Bundan sonra ehtiyaclarımızı qarşılamaq üçün səylər göstərəcəklər”,-deyə nazir bildirib. O, gətirilən dərmanın istifadəsinə bu gündən başladığını bildirib. “Bu gün səhərdən etibarən reanimasiyada olan xəstələrimiz üçün dərmanın istifadəsinə başladıq. Nəticələrin necə olacağını görəcəyik.”-, deyə nazir sözlərinə əlavə edib. Qeyd edək ki,…

Ardı

65 yaşdan yuxarı tənha yaşayan şəxslərə bu xidmətlər göstəriləcək

65 yaşdan yuxarı tənha yaşayan şəxslərə evlərində sosial məişət xidmətləri göstəriləcək. “Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yayıb.  Nazirliyin məlumatına görə, onlar evdən çıxmadan ehtiyac duyduqları istiqamətdə dəstəklə, köməklə təmin olunacaqlar: “Koronavirus (COVİD-19) infeksiyasının ölkədə yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkədə xüsusi karantin rejiminin elan edilməsi çərçivəsində 65 yaşdan yuxarı insanların da evdən çıxması qadağan edilib. Bu da koronavirus infeksiyasına yoluxma riski yüksək olan həmin kateqoriyadan olan insanların pandemiyadan qorunması məqsədinə xidmət edir. Xüsusi karantin dövründə (24 mart 2020-ci il saat…

Ardı

Bakıda işləyən rayon qeydiyyatlı şəxslər şəhərə qayıda biləcək – RƏSMİ

“Rayon qeydiyyatında olan vətəndaşlar Bakıdakı işlərinə gələ biləcəklər”. Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib. O bildirib ki, bu məsələlər Daxili İşlər Nazirliyi tərəfindən yerindəcə həll olunacaq: “Yüzlərlə müxtəlif kombinasiyalı situasiyalar var. Bunların hamısını bir qayda, bir qərarla etmək mümkün olmur. Bu tipli situasiyalar yerində Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən həll ediləcək. İnsanlar arxayın olsunlar ki, bu məslələr vətəndaşların xeyrinə həll olunacaq”. “Vətəndaş Bakıda işləyirsə, iş yerinə çatmalıdırsa, bunlar vətəndaşların xeyrinə nizamlanacaq”, – deyə o qeyd edib.

Ardı

Özəl müəssisələrdə iş rejimi necə olacaq?

“İstehsalı saxlamaq gündəlikdə deyil”. “Qafqazinfo”nun verdiyi xəbərə görə, bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov bildirib.  O, qeyd edib ki, iş yerlərində vətəndaşlar özləri koronavirusla mübarizəyə xüsusi diqqət yetirməlidirlər: “Çünki virusla mübarizə ilə yanaşı, iqtisadiyyatın davamlılığı da saxlanılmalıdır. Özəl müəssisələr, istehsal yerləri özləri və rəhbərləri virusla mübarizəni əsas tutaraq situasiyaya uyğun qərar verməlidirlər”.

Ardı

Rayon qeydiyyatında olub Bakıda işləyənlərlə bağlı açıqlama

Bakıda işləyən və rayon qeydiyyatında olan şəxslərlə bağlı polis əməkdaşları yerində qərar verəcəklər. “Qafqazinfo”nun verdiyi xəbərə görə, Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov bildirib ki, bunun kimi çoxlu situativ məsələlər var: “Onların hər birini qanunda qeyd etmək mümkün deyil. Bu məsələlərə qanunun icrası zamanı qərar veriləcək. Əmin olun ki, vətəndaşların xeyrinə olan qərar veriləcək”.

Ardı

Fatih Terim koronavirusa yoluxdu – Foto

“Qalatasaray”ın baş məşqçisi Fatih Terim koronavirusa yoluxub. “Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı təcrübəli mütəxəssisin özü şəxsi tvitter hesabında paylaşıb. “Bu gün verdiyimiz analizin nəticəsi pozitiv çıxdı. Xəstəxanada əmin əllərdəyəm. Narahat olmayın. Ən qısa zamanda xəbərləşmək üzərə” -, deyə “İmperator” ləqəbli çalışdırıcı qeyd edib.

Ardı

İbrahim Məmmədov: “Səfərbərlik məsələsi hökumətin gündəliyindədir”

“Ordunun və əhalinin təhlükəsizliyin təmin olunması üçün bütün tədbirlər görüləcək”. “Report” xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov ölkədə tətbiq olunacaq xüsusi rejimlə bağlı keçirilən brifinqdə çıxışı zamanı deyib. Onun sözlərinə görə, səfərbərlik məsələsi hökumətin gündəliyindədir və yəqin ki, yaxın günlərdə bununla bağlı müvafiq qərar veriləcək.

Ardı