“Mən də maaşımdan Koronavirusla Mübarizəyə Dəstək Fonduna pul köçürəcəm”-Deputat

“Dünyada pandemiya kimi qəbul olunan koronavirusla mübarizə ilə bağlı Azərbaycanda cənab prezident və dövlət tərəfindən çox ciddi və davamlı tədbirlər həyata keçirilir”.

Bunu Sonxeber.az-a açıqlamasında deputat Cavid Osmanov bildirib.

Deputat qeyd edib ki, bununla bağlı dövlət üzərinə düşən vəzifəni layiqincə yerinə yetirirərək lazımı addımlar atır: “Bir neçə gün öncə cənab prezidentin tapşırığı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı. O fonda dövlət büdcəsindən vəsait ayrıldı. Eyni zamanda cənab prezident ilk olaraq özünün bir illik əməkhaqqısını fonda bağışladı. Eyni zamanda müxtəlif şirkətlər, iş adamları, ictimai siyasi xadimlər fonda müəyyən qədər vəsaitlər köçürdülər. Mən də Milli Məclisin deputatı, Gənclər və idman və Regional məsələlər komitələrinin üzvü kimi məndə bir aylıq əməkhaqqımın bir hissəsini fonda bağışlayacam. Eyni zamanda Yeni Azərbaycan Partiyasının Ağdaş rayon təşkilatının əməkdaşları da özlərinin bir aylıq əməkhaqqısını könüllü olaraq fonda köçürəcəklər”.

Şərh Yaz
Paylaş

Oxşar Xəbərlər

Xəbər Lenti