“Qəzetlərdə koronavirusdan ölənlər üçün 13 səhifə yer ayrılmışdı” – İtaliyada yaşayan azərbaycanlı

Koronavirus pandemiyasından ən çox əziyyət çəkən ölkənin İtaliya olduğunu desək, yanılmarıq. 70 minə yaxın insanın koronavirusa yoluxduğu ölkədə son sutka ərzində 743 nəfər ölüb. İtaliyada koronavirusdan ölənlərin ümumi sayı isə daha dəhşətlidir – 6820! Prineylilər bu acı statistika ilə 186 ölkə arasında ilk pillədə qərarlaşıb. “Qafqazinfo”ya danışan İtaliyada təhsil alan həmyerlimiz Pərvin Bağırova oradakı mövcud durumdan bəhs edib.Boloniya Uiversitetinin tələbəsi iki ildir İtaliyada yaşayır və bu müddət ərzində yerli sakinləri bu qədər təlaş və qorxu içində görmədiyini deyir: “Mən Riminidə yaşıyıram, virusun yayılan bölgələrindən birindəyəm. Bilirsiniz ki, burada hadisələr sürətlə…

Ardı

Üç yaşınadək uşağa qulluqla əlaqədar verilən müavinət artırılacaq

Üç yaşınadək uşağa qulluqla əlaqədar verilən müavinət artırılacaq. APA-nın məlumatına görə, bu, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2020-2022-ci illər üçün bağlanmış Baş Kollektiv Sazişində əksini tapıb. Sazişə əsasən, tərəflər üç yaşınadək uşağa qulluqla əlaqədar verilən müavinətin artırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi barədə öhdəlik götürüblər. Eyni zamanda “Sosial sığorta haqqında” qanunun təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanacaq.

Ardı

Yaşı 65-dən çox olan deputatların koronavirus qorxusu – “Biz də evdən çıxmayacağıq!”

Nazirlər Kabinetinin qərarına əsasən, bu gündən Azərbaycanda xüsusi karantin rejimi tətbiq olunur. Karantin rejimi müddəti ərzində –  24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan edilir. Bu kateqoriyadan olan tənha yaşayan şəxslərə qanunvericiliyə əsasən sosial xidmətlərin göstərilməsi təmin ediləcək. Yeri gəlmişkən,  Milli Məclis deputatları arasında da yaşı 65-dən yuxarı olan insanlar var. Maraqlıdır, 65 yaşdan yuxarı olan deputatlar qaydalara riayət etməyi düşünürmü? “Qafqazinfo”nun məlumatına görə, modern.az saytı yaşı 65-dən yuxarı olan bir neçə deputatın fikrini öyrənməyə çalışıb. Milli Məclisin İntizam Komissiyasının…

Ardı

BİTKİ ÇAYLARININ FAYDALARI

Bitki çaylarını və onların faydalarını tanımağa çalışaq.Zeytun yarpağı çayı.Feat.Az deyerler.org-a istinadən bildirir ki, bədəndə qanın dövr etməsinə yardım edər və yuxusuzluğu aradan qaldırar.İstifadə qaydası:2 qaşıq zeytun yarpağını 2 stəkan suda qaynadın. 10 dəqiqədən sonra isə ona bir qaşıq bal töküb için.Boymadərən çayı.Mədə və öd narahatlıqları zamanı faydalıdır və iştahasızlığı aradan qaldırar.İstifadə qaydası:1 qaşıq boymadərəni bir stəkan suda qaynadın və 15 dəqiqə gözləyin. Gün ərzində 2-3 fincan ondan için.Kətan toxumu çayı.Bu çay ilə qarqara etmək boğaz ağrısı üçün faydalıdır.1 qaşıq kətan toxumunu dördə bir litr suda qaynadıb, 1 saat gözləmək lazımdır və…

Ardı

“Dərs vaxtı”nın 25 mart cədvəli

Martın 25-də yayımlanacaq “Dərs vaxtı” proqramının yeni cədvəli açıqlanıb. “Qafqazinfo” xəbər verir ki, sabahkı proqramda həm Azərbaycan, həm də rus bölməsi üzrə teledərslər olacaq. Qeyd edək ki, martın 11-dən başlayaraq Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və “ARB Günəş” kanallarında “Dərs vaxtı” proqramının yayımına start verilib. Proqram çərçivəsində həftənin 5 günü teledərslər keçirilir. Teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur. “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi “Youtube” (https://www.youtube.com/playlist…) kanalı ilə yanaşı “Facebook” səhifəsindən, eyni zamanda da Təhsil Nazirliyinin videodərslər…

Ardı

Qadağaya baxmayaraq, sədərək bazarı hələ də işləyir – VİDEO

Koronavirus pandemiyası ilə mübarizəylə əlaqədar Azərbaycanda 24 mart saat 00:00-dan etibarən xüsusi karantin rejimi elan edildi.   Bu karantin rejiminə bir çox qaydalar daxildir. Bu qaydalardan biri də supermarketlər, ərzaq dükanları və apteklər istisna olmaqla, ticarət mərkəzləri və “Mall”ların bağlanmasıdır. Amma, buna baxmayaraq Sədərək Ticarət mərkəzi hələ də öz fəaliyyətinə davam edir. Ticarət mərkəzində mühafizə sistemi çəkilişimizə əvvəlcə mane olmağa çalışsa da, daha sonra rəhbərliklə əlaqə saxlayaraq razılıq verdilər.  Ətraflı süjetdə: 

Ardı

İpoteka kreditlərinin verilməsi şərtləri sadələşdiriləcək

İpoteka kreditlərinin verilməsi şərtləri sadələşdiriləcək. “Qafqazinfo”nun məlumatına görə, bu, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2020-2022-ci illər üçün bağlanmış Baş Kollektiv Sazişində əksini tapıb. Sazişə əsasən, tərəflər İpoteka və Kredit Zəmanət Fondunun vəsaitləri hesabına ipoteka kreditlərinin verilməsi şərtlərinin sadələşdirilməsi ilə bağlı müvafiq tədbirlər görmək öhdəliyi götürüblər.

Ardı

1 həftəyə Azərbaycanda maska istehsal edən müəssisə işə başlayacaq

“Martın sonunadək, təqribən 1 həftəyə Azərbaycanda maska istehsal edən müəssisə işə başlayacaq”. “Qafqazinfo” bildirir ki, bu sözləri Nazirlər Kabinetinin sözçüsü İbrahim Məmmədov deyib.  “Müəssisənin gündəlik maksimal istehsal gücü 200 min maskadır. Son 1 ayda Azərbaycanda ən çox maska satılan gün 200- 210 min ədəd olub. Odur ki, gündəlik 200 min maska istehsalı tələbatı ödəyəcək. Paralel olaraq idxal və depolarda ehtiyatlar da var”, – deyə Məmmədov əlavə edib. 

Ardı

İtaliyada son bir gündə 743 nəfər koronavirusdan öldü

İtaliyada son sutka ərzində koronavirusdan 743 nəfər vəfat edib. APA-nın xəbərinə görə, bu barədə ölkənin Mülki Müdafiə Xidmətinin rəhbəri Ancelo Borrelli brifinqə bildirib. O qeyd edib ki, İtaliyada bu günədək COVID-19 virusundan ölənlərin sayı 6820-yə çatıb: “Son 24 saatda ölkədə 5249 yeni yoluxma faktı qeydə alınıb ki, bununla da İtaliyada koronavirusa yoluxanların sayı 69176-ya çatıb”. A.Borelli əlavə edib ki, sağalanların sayı 894 nəfər artaraq, ümumilikdə 8326-ya yüksəlib. Xatırladaq ki, İtaliyada son 3 gündə koronavirusdan ölənlərin sayında azalma müşahidə edilirdi.

Ardı

Qocanın üzünə zorla maska taxıb, başına odekolon tökdülər – video

Sosial mediada yayılan bir video istifadəçilər tərəfindən kəskin reaksiya ilə qarşılanıb. Görüntülərdə yaşlı kişini yolundan saxlayan gənclərin onun üzünə maska taxaraq başına odekolon tökdüyü görünür. “HaberGlobal”ın məlumatına görə, hadisə Türkiyədə baş verib. Görüntülərdə “viruslu birini tapdıq” deyən şəxs ondan aralanmaq istəyən qocanı zorla saxlayır, “virusa yoluxmaya qarşı fövqəladə müdaxilə komandası gəldi” deyərək, ona qarşı təhqiredici hərəkətlər edir. Sonra isə “heç kimə yoluxmadan birbaş xəstəxanaya” deyərək, yaşlı adamı yola salırlar. Kadrlar sosial mediada yayıldıqdan sonra gənclərin hərəkəti istifadəçilər tərəfindən kəskin tənqid olunub. Qocanın təhqir olunduğunu bildirən istifadəçilər asayiş keşikçilərinə müraciət edərək, şübhəlilərin saxlanılmasını…

Ardı

“Koronavirusu müəyyənləşdirən testləri gecə ilə Türkiyədən gətirdik” – Oqtay Şirəliyev

“Koronavirusu müəyyənləşdirən ilk testlər Almaniyanın bir neçə laboratoriyasında tətbiq olunurdu. Biz həmin testləri gecə ilə Türkiyədən gətirdik. Xəstəliyin gedişatı onu göstərir ki, ciddi rejim olmasa, vəziyyət dəyişə bilər”.   Oxu.Az xəbər verir ki, bu sözləri Səhiyyə naziri Oqtay Şirəliyev AzTV-nin efirində yayımlanan “Hədəf” televiziya proqramında qonaq olarkən deyib.   Onun sözlərinə görə, ciddi rejim olmasa, inkişaf etmiş ölkələrin də səhiyyəsi bunun qarşısını ala bilməz: “İlk 60-65 gün ərzində dünyada 100 min insan xəstələndi. 10 gün ərzində daha 100 min nəfərdə yoluxma halı qeydə alındı. Ölüm halları artdı. Bu, ilk infeksiya deyil. H1N1 virusu,…

Ardı

Azərbaycanda həkimləri belə alqışladılar – VİDEO

Azərbaycanda koronavirusla mübarizə aparan həkimlər alqışlanıb.   Oxu.Az xəbər verir ki, mart ayının 24-də, saat 21:00-da əhali bütün dünyada yayılmış koronavirus pandemiyası ilə mübarizə aparan azərbaycanlı tibb işçilərinə təşəkkür etmək üçün kampaniyaya qoşulub.   Bir çox şəxs eyni vaxtda evlərinin balkonuna çıxaraq amansız virusla mübarizə aparan həkimləri alqışlayıblar.  Qeyd edək ki, oxşar hal Türkiyədə də baş verib.

Ardı