Soğandan sonra limona da tələbat artdı

Bütün dünyanın koronovirusla mübarizə apardığı vaxtda bir çox qida məhsullarına da tələbat durmadan artır.

Open.az xəbər verir ki, Türkiyədə soğan və sarımsaqdan sonra limonun da qiymətində bahalaşma qeydə alınıb.

Türkiyənin limon deposu sayılan Mersində kilosu 2 lirədən satılan limonun qiyməti 5 lirəyə çatıb.

Dəhşətli virusa qarşı C vitamini ilə zəngin olan meyvələrin istifadə edilməsi barədə yayılan xəbərlərdən sonra limon, portağal, narıngiyə tələbat çoxalıb.

Türkiyədə hər kəs limondan bol-bol istifadə edir. Limon yeməklərdə, salat və şirniyyatların hazırlanmasında istifadə edilir.

Limon istehsalçıları, kənd zəhmətkeşləri də limonun bahalaşmasından məmnun olduqlarını bildiriblər.

Qeyd edək ki, Türkiyədə olduğu kimi son günlərdə Azərbaycanda da limon, portağal və naringiyə tələbat çoxalıb.

Şərh Yaz
Paylaş

Oxşar Xəbərlər

Xəbər Lenti