Azərbaycanda bunlara əməl edən şəxslərə koronavirusa görə pul verilə bilər

Prezident İlham Əliyevin Sərəncamı ilə koronavirus (COVID-19) pandemiyasının, həmçinin dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların milli iqtisadiyyata mənfi təsirlərinin qiymətləndirilməsi, pandemiyadan zərər çəkməsi ehtimal olunan iqtisadi fəaliyyət sahələrinin müəyyən edilməsi məqsədilə İşçi Qrup yaradılıb. İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi İşçi Qrupun qarşısında qoyulmuş vəzifələrdən biri də yaranmış vəziyyətin yaxın və orta müddətlərdə ölkənin biznes mühitinə mənfi təsirinin azaldılması məqsədilə müvafiq təkliflərin hazırlanmasıdır. Bu istiqamətdə ictimaiyyətin rəy və təkliflərinin də araşdırılması dövlətin marağındadır. BiG.AZxəbər verir ki, bu barədə “vergiler.az”a məlumat verən iqtisadçı ekspert Mehdi Babayev yaranmış vəziyyətdə zərər…

Ardı

Sovet maşınını ABŞ-da çox baha qiymətə satdılar – Fotolar

Şəhər nəqliyyatında sovet maşınlarının payı çox azalıb. Hərçənd, okeanın o tərəfində də SSRİ-də istehsal olunmuş avtomobillərə ehtiyac duyurlar. Bizimyol.info xəbər verir ki, sovet maşınını ABŞ-da çox baha qiymətə satıblar. VAZ-2102 “eBay”da satışa çıxarılıb. “Jiquli” 18 min 295 dollara satılıb. Avtomobilin yeni sahibinə ilkin yardım üçün apteçka və ayrı-ayrı alətlərin zavod dəstini də təqdim ediblər. Maşın çox yaxşı vəziyyətdədir, cəmi 27 min 936 kilometr sürülüb. SSRİ dövlət nömrəsinə görə, avtomobilin ilk dəfə Rusiyanın Volqoqrad vilayətində asfalt üzərinə çıxdığı məlum olur. Bir neçə il ABŞ-da VAZ-2101 maşınını 9999 dollara satmışdılar. Həmin avtomobil təxminən…

Ardı

TƏBİB: Bütün bölgələrdə karantin xəstəxanaları müəyyənləşdirilib

“Koronavirus pandemiyasına yoluxma şübhəsi ilə karantinə alınan şəxslərin saxlanma şəraiti nəzarət altındadır. Onların gündəlik yemək və digər tələbatları qarşılanır”. “Report” xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deputat Erkin Qədirlinin sorğusuna cavabında deyib. R.Bayramlı bildirib ki, xəstələrin yataq yerlərinə heç bir məhdudiyyət yoxdur: “Əksər xəstəxanalarda 1 nəfərlik, böyük palatalarda isə 2 nəfər simptomları müşahidə edilməyən insan birlikdə saxlanıla bilər”. O, həmçinin xəstəliyə yoluxması şübhəli hesab edilən şəxslərin əsasən cənub zonasında yerləşən xəstəxanalara aparılması məsələsinə də aydınlıq gətirib: “İlkin olaraq, İrandan ölkəyə gələn vətəndaşlarımız çoxluq təşkil etdiyindən Azərbaycanın cənub…

Ardı

Qusarda spirt zavodu fəaliyyətə başlayıb – VİDEO

Ölkəmizdə koronavirus infeksiyası yayıldığından tibbi spirtə olan təlabat artıb və bunu qarşılamaq üçün Qusarda tibbi spirt istehsalına başlanıb.   Müəssisə müasir tələblərə cavab verən avtomatik iş rejimində işləyən avadanlıqlarla təchiz olunub.  Hazırda zavodun sutkalıq istehsal gücü 30 min litrə yaxındır. Artıq bu günə kimi 100 min litrə yaxın spirt istehsal olunaraq Bakı şəhəri və bölgələrdəki apteklərə göndərilib.  Ətraflı süjetdə: 

Ardı

İbrahim Məmmədov: “Genişmiqyaslı epidemiya olsa, bunun altından çıxa bilməyəcəyik” – VİDEO

“Bu gün Azərbaycanda ən çox sayda koronavirusa yoluxma olub və xüsusi rejimli xəstəxanalardakı xəstələrin sayı 104-ə çatıb”.  Marja xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.   “Qorxulu məqam yoluxanların sürətinin sağalanların sürətini çox üstələməsidir. Azərbaycanda indiyədək 122 nəfərdə koronavirus aşkar edilib, cəmi 15 nəfər sağalıb. İspaniyada bu dinamika var idi. Bizim də ora getməməyimiz üçün xüsusi karantin rejiminə ciddi əməl edilməlidir. Karantin rejimi imkan verir ki, cərimələr və məcburiyyətlər tətbiq edilsin. Amma hələlik bunu etmək istəmirlər, ümid olunur ki, insanlar öz fərdi məsuliyyətlərin başa düşəcəklər. Əgər…

Ardı

Azərbaycanda bir gündə neçə maska satıldığı açıqlandı

“Bu günə qədər ölkədə 2018-19-cu illərdə bir ayda 500-600 min (orta hesabla bir gündə 200 minə yaxın) maska satıldığı halda, təsəvvür edin ki, hazırda 3 gündə bu qədər sayda maska satılır”. “Report” xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov AzTV-nin “Hədəf” verilişində çıxışı zamanı deyib. O bildirib ki, hazırda bir ay üçün 3,5 milyon ədəd maska satılır: “Təbii ki, bu, bizim ölkəyə idxal olunurdu. Görünür, sahibkarlar bu günə qədər bu işə maraq göstərməyiblər. Çünki bu, biznes məsələsidir. Amma xarici ölkələrdə infeksiyalardan qorunmaq üçün istehsalçılar artıq 24 saatlıq iş…

Ardı

Azərbaycan millisinə təklifi qəbul etmədiyimə görə peşmanam – Braziliyalı futbolçu

“Neftçi”nin sabiq braziliyalı futbolçusu Flavinyonun apasport.az saytına müsahibəsi – İşləriniz necə gedir? Hazırda nə ilə məşğulsuz?– 2016-cı ildən futbolla vidalaşdım. Həmin vaxtdan oynamıram. Hazırda ailəmin qayğısına qalıram. Biznesim də var. Həm də onunla məşğulam. – Azərbaycan futbolunu, çempionatını izləyirsiniz? Futbolumuzun son illəri ilə bağlı hansı bilgilərə sahibsiz?– Düzünü desəm, Azərbaycandakı oyunlara baxa bilmirəm. Çünki Braziliyada idman telekanalları Azərbaycan çempionatının matçlarını göstərmir. Azərbaycan futbolundakı yenilikləri yalnız instaqram sosial şəbəkəsi vasitəsilə izləyirəm. – O zaman yəqin ki, bilirsiniz, “Neftçi” son altı mövsümdür ki, çempionluğun nə olduğunu bilmir. Bu haqda fikriniz necədir?– “Neftçi”nin…

Ardı

Yalnız Allaha təvəkkülə koronavirusdan xilas olmaq mümkün deyil – İlahiyyatçı danışır – VİDEO

Koronavirus pandemiyasından sonra bir çox insanlar bu bəladan qorunmağın yollarını dində, müqəddəs kitablarda axtarırlar. Bəs dində virusdan qorunmanın yollarını tapmaq mümkündürmü? Lent.az bildirir ki, bu və digər maraqlı sualların cavabını APA TV – nin “Yaşıl orta” verilişində ilahiyyatçı Mütəllim Əliyev və tibb elmləri doktoru Abbas Bağırov veriblər. Verilişin videosunu təqdim edirik:

Ardı

Azərbaycanda 6 yeni spirt istehsalçısı fəaliyyətə başladı

“Altı yeni tibbi spirt istehsalçısı fəaliyyətini həyata keçirir, yəni başlayıblar”. “Report” xəbər verir ki, bunu Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən Operativ Qərargahın iclasında İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib. Onun sözlərinə görə, hazırda çeşidlər olaraq 100, 250, 500 milli litr, 1 və 5 litr həcmində istehsal olunur: “İstehsal respublikada bütün ehtiyacı ödəyəcək qədərdir. Bu gün 96 faizli spirt qalığının həcmi ölkədə 1,5 milyon litrdir. Gündəlik ehtiyaclar isə ölkənin bütün ehtiyaclarını bir neçə dəfə ödəmək imkanındadır”.

Ardı

Dünyanı sarsıdan 5 EPİDEMİYA

Koronavirus epidemiyası dünya miqyasında milyonlarla insanın yaşayış tərzini ciddi şəkildə dəyişir və bu dəyişiklərin çoxu qalıcı olacaq. Lent.az BBC-yə istinadən xəbər verir ki, xəstəliklər xanədanlıqların çökməsindən tutmuş müstəmləkəçiliyin artmasına, hətta iqlim dəyişikliyinə qədər uzunmüddətli təsir gücünə malik olub. XIV əsr vəbası və Qərbi Avropanın yüksəlişi 1350-ci illərdə Avropanı bürüyən böyük vəba epidemiyası əhalinin 3 faizinin ölümüylə nəticələnib. Ancaq milyonlarla insan itkisindən sonra epidemiyadan zərər çəkmiş ölkələr sürətlə inkişaf edib və bu gün onlar dünyanın ən varlı dövlətləri sırasındadırlar. O dövrdə bubonik vəbaya yoluxanların çoxu kənd sakinləriydi və bu, torpaq sahiblərinin işçi…

Ardı

Koronavirus peyvəndi ilə bağlı sürpriz: Uzun illər…

Mütəxəssislər hesab edirlər ki, koronavirus qrip virusu qədər sürətlə mutasiyaya uğramır. Alimlər bu səbəbdən yekun peyvəndin illərlə immunitet təmin edə biləcəyini söyləyiblər. Peyvəndin təxminən 18 ay ərzində hazır olacağı gözlənilir. Qeyd edilir ki, virusun mutasiyaya uğrama sürətindən asılı olaraq, bəzi peyvəndlər mütəmadi yenilənir. Məsələn, qrip peyvəndi hər il təkrarlanır, qızılca və su çiçəyi kimi peyvəndlər isə on illərlə, hətta ömür boyu müdafiə edir. Mütəxəssislər COVID-19-un qrip virusu qədər sürətlə mutasiyaya uğramadığına inanır. Alimlər bu səbəbdən yekun peyvəndin illərlə müdafiə edə biləcəyinə inanırlar. oxu.az

Ardı