Ermənistanda koronavirusdan ilk ölüm qeydə alındı

Ermənistanda koronavirusdan ilk ölüm qeydə alınıb. 

Oxu.Az xəbər verir ki, bununla bağlı Ermənistan Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikosyan açıqlama verib. 

O, “Facebook” profilindəki paylaşımında qeyd edib ki, koronavirusa yoluxan 72 yaşlı şəxs xəstəxanada ölüb. 

Qeyd edək ki, Ermənistanda koronavirus təhlükəsi ilə əlaqədar martın 16-dan aprelin 14-dək fövqəladə hal elan edilib. Ölkədə 290 nəfər koronavirusa yoluxub. 

Şərh Yaz
Paylaş

Oxşar Xəbərlər