Koronavirusa görə bəzi məhbuslar azad olundu

Ədliyyə Nazirliyinin Penitensiar müəssisələrində saxlanılan bir qrup məhbus vaxtından əvvəl azadlığa buraxılıb.

Bu barədə ” Qafqazinfo”ya İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun üzvü, hüquq müdafiəçisi Səadət Bənənyarlı məlumat verib. O bildirib ki, bir müddət əvvəl koronavirus pandemiyasının yayılmasına görə ölkə rəhbərliyinə dustaqların azad edilməsiylə bağlı müraciət ediblər:

“Artıq prosesə start verilib. Təxminən 200-ə yaxın məhbus vaxtından əvvəl azad olunub. Bu proses hələ davam edəcək. Yəqin ki, bu kateqoriyaya düşən digər məhbuslar da vaxtından əvvəl azad olunacaq”.

Şərh Yaz
Paylaş

Oxşar Xəbərlər