Türkiyədə koronavirusdan ölənlərin sayı 92-yə çatdı

Türkiyədə koronavirusa yoluxanların sayı durmadan artır. Son sutka ərzində ölkədə koronavirusa yoluxanların sayı 2069 nəfər artaraq, 5698-ə çatıb.  Bu barədə ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib. Koronavirusdan ölənlərin sayı da artıb. Gün ərzində 17 nəfər pandemiyadan vəfat edib ki, bu da Türkiyə ərazisində koronavirusdan ümumi ölüm sayının 92-yə çatması deməkdir. 

Ardı

Ağdaş İcra Hakimiyyəti Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib

Ağdaş rayon İcra Hakimiyyəti Prezidenti İlham Əliyevin təşəbbüsünə qoşularaq, Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə köçürüb. “Report”a daxil olan məlumata görə, İcra Hakimiyyəti aparatının əməkdaşları bir aylıq əmək haqlarını könüllü surətdə koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi məqsədi ilə ianə ediblər. Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara uyğun olaraq rayon icra hakimiyyəti tərəfindən dezinfeksiya işləri daha geniş miqyaslı görülməyə başlayıb, aztəminatlı ailələrə, tənha insanlara sosial dəstək göstərilməsi, əhali arasında maarifləndirmə işlərinin gücləndirilməsi, pandemiyanın yarada biləcəyi digər problemlərin qarşısının əvvəlcədən alınması məqsədilə kompleks tədbirlər həyata keçirilir.

Ardı

Türkiyədə koronavirusdan müalicə olunan həmyerlimizin son vəziyyəti – Video

Türkiyədə koronavirusa yoluxanların sayı 5698-ə, ölənlərin sayı isə 92-yə yüksəlib.   “Qafqazinfo” Real TV-yə istinadən bildirir ki, virusa yoluxanların arasında bir soydaşımız da var. Canlı bağlantıya qoşulan Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim onun vəziyyəti barədə danışıb. “O, hal-hazırda xəstəxanadadır. Şükürlər olsun ki, onun vəziyyəti qənaətbəxşdir. Biz davamlı olaraq onun özü ilə də, xəstəxana ilə də əlaqədəyik. Deyirlər ki, çox güman ki, onu martın 30-da artıq xəstəxanadan çıxaracaqlar və evinə gedə biləcək”, – deyə səfir bildirib. X.İbrahim səfirlik əməkdaşlarının xüsusi rejimdə işlədiyini əlavə edib.

Ardı

Azərbaycanda xüsusi karantin rejimi gücləndirildi – RƏSMİ

Nazirlər Kabineti yanında operativ qərargah koronavirusla bağlı əlavə tədbirlər haqqında məlumat yayıb.  Məlumata əsasən, 29 mart saat 00:00-dan etibarən xüsusi karantin rejimi gücləndirilir. Xüsusi karantin rejimi dövründə xüsusi təyinatlı, o cümlədən, təcili tibbi yardım, qəza-bərpa, xilasedici, kənd təsərrüfatı, sosial xidmət məqsədli, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, rayonlararası və şəhərlərarası nəqliyyat hərəkəti tam dayandırılır. Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun hüdudları daxilində hərəkət sərbəstdir. Nəqliyyat vasitələri üzrə Bakı metrosunun iş vaxtı səhər 07:00-09:00 və axşam 17:00-20:00 saatlarına müəyyən edilir. Ticarət obyektləri üzrə Xüsusi karantin rejimi dövründə supermarketlər, ərzaq mağazaları və apteklər…

Ardı

İtaliyada son sutka ərzində koronavirusdan 919 nəfər ölüb

Dünya üzrə koronavirus (COVID-19) epidemiyasına yoluxanların sayı 577 mini ötüb. Bu pandemiyadan ölənlərin sayı isə son məlumatlara görə, 26 447-yə bərabərdir. Son sutka ərzində koronavirusdan rekord ölüm sayı İtaliyada qeydə alınıb. Bu ölkədə 5909 yoluxma, 919 ölüm halı baş verib. Sutkanın ən çox yoluxma faktı isə ABŞ-da qeydə alınıb: 8990 nəfər. ABŞ-da koronavirusdan ölənlərin sayı isə 134-ə bərabərdir. Pandemiyanın beşiyi sayılan Çində isə rəqəmlər azalmaya doğru gedir. Son sutka ərzində Çində cəmi 55 yoluxma və 5 ölüm faktı qeydə alınıb.

Ardı

Britaniyada sutka ərzində 3 mindən çox insan virusa yoluxdu

Böyük Britaniyada son sutka ərzində koronavirusa yoluxanların sayı 11 658-dən 14 579-a yüksəlib, daha 181 nəfər dünyasını dəyişib. “Qafqazinfo” bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. “27 mart saat 09:00-a olan məlumata əsasən, 113 777 nəfərdən analiz götürülüb, onlardan 99 198-i mənfi, 14 579-u isə müsbət nəticələnib. 26 mart saat 17:00-a olan məlumata əsasən, 759 koronavirus xəstəsi dünyasını dəyişib”, – nazirliyin məlumatında deyilir. Daha əvvəl 578 nəfərin öldüyü xəbər verilirdi

Ardı

DİN-dən sosial şəbəkədə yayılan məktubla bağlı – Açıqlama

Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə yayılan məktubla bağlı açıqlama yayıb. “Qafqazinfo”ya daxil olan məlumatda bildirilir ki, məktubda guya, martın 28-dən paytaxt ərazisində nəqliyyatın hərəkətinə tam məhdudiyyət qoyulacağı yazılıb. “Vətəndaşlarımızı bu məlumata inanmamağa çağırırıq. Bildiririk ki, bu dezinformasiyadır. Polis əməkdaşları Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi sosial izolyasiya tədbirlərinin icrası ilə əlaqədar fəaliyyətini davam etdirir”

Ardı

Ticarət obyektlərində yerində xidmət dayandırıldı

Azərbaycanda xüsusi karantin rejimi dövründə supermarketlər, ərzaq mağazaları və apteklər istisna olmaqla, bütün ticarət obyektlərində müştərilərə yerində xidmət dayandırılıb.  “Qafqazinfo” xəbər verir ki, bu qərar Azərbaycanda xüsusi karantin rejiminin gücləndirilməsi ilə bağlı verilib.  Operativ Qərargahdan daxil olan məlumatda bildirilir ki, sözügedən iaşə obyektlərində çatdırma və onlayn satışlara məhdudiyyətsiz icazə verilir. 

Ardı

28.03.2020 GÜNDƏLİK BÜRCLƏR (28 MART 2020)

QoçYeni işə və ya layihəyə başlamaq olar. Yetər ki, buna səy göstərəsiniz. Ağır fiziki iş istisna deyil. Təmir və ya tikintiyə başlamaq olar. Maraqlı tanışlıqlar istisna deyil. Amma yaxşı tanımadığınız insana etibar etməyin. BuğaSəhər saatlarında yaranan problemi günün ikinci yarısında həll edəcəksiniz. Sizi narahat edən məsələləri yaxınlarınızla müzakirə edərək suallara cavab tapacaqsınız. Zədə və travma riski olduğundan fiziki işdən imtina edin. ƏkizlərBu günə qəfil təkliflər istisna deyil. Yeni tanışlıqlar gözlənilir. Gəzinti üçün əlverişli gündür. Günün ikinci yarısında səhhətdə problemlər yarana bilər. Xroniki problemin fəsadlarının üzə çıxması istisna deyil. XərçəngBuraxdığınız səhvlərin…

Ardı