“İnsanlar yavaş-yavaş iş yerlərinə qayıtmalıdırlar” – Nazir

“Pandemiyadan zərər çəkən sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştləri və tətillərinin verilməsi, sosial sığorta yükünün azaldılması, kredit faizlərinin subsidiyalaşdırılması və zəmanət alətlərinin təkmilləşdirilməsi nəzərdə tutulur”. 

“Qafqazinfo” xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün keçirilən brifinqdə deyib.

Nazir bildirib ki, artıq İqtisadiyyat Nazirliyi tərəfindən Vergi Məcəlləsi və “Sosial sığorta haqqında” qanuna müvafiq dəyişikliklərlə bağlı təkliflər hazırlanıb və təkliflər paketinə daxil olan sənəd layihələri Milli Məclisə təqdim olunub.

“Fərdi gigiyena qaydaları müəssisələrinin xərclərinə əlavə ediləcək. Gigiyena qaydaları, tibbi maskalardan istifadə vaksinasiya tapıkanadək bizim gündəlik həyat tərzimizə çevrilmədir. Amma həyat davam edir, iqtisadiyyat davam edir. İnsanlar yavaş-yavaş iş yerlərinə qayıtmalıdırlar” , – deyə nazir qeyd edib.