Kamil Zeynallıdan növbəti TƏQDİRƏLAYİQ ADDIM – VİDEO

Ölkədə tətbiq olunmuş xüsusi karantin rejimi ilə əlaqədar imkansız ailələrə yardım etməyi ilə gündəmi zəbt edən idmançı Kamil Zeynallı daha bir nümunəvi addım atıb.

BiG.AZ xəbər verir ki, idmançı Fizuli rayonu, Alxanlı kəndinə gedərək ehtiyacı olan aztəminatlı ailələrə ərzaq yardımı edib. Kamil Zeynallı daha sonra Zəhra Quliyeva və nənəsi Sahibə Quliyevanın məzarlarını ziyarət edib.

Xatırladaq ki, 2017-ci ilin iyul ayının 4-də Ermənistan Silahlı Qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı qəsəbəsi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində 14 aylıq Zəhra Quliyeva və nənəsi- 1967-ci il təvəllüdlü Sahibə Quliyeva qətlə yetirilib.

Qeyd edək ki, Kamil Zeynallı 3 il öncə qızı Sahilə ilə də Zəhra və Sahibə Quliyevanın məzarlarını ziyarət etmişdi.