Şəkidə pandemiya əleyhinə tədbirlər davam etdirilir – Fotolar

ÖLKƏ

Respublikamızda tətbiq edilən sərt karantin rejimi COVID-19 pandemiyası ilə mübarizədə yaxşı mənada öz nəticələrini verməkdədir. Ölkəmizin hər yerində olduğu kimi Şəkidə də koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tətbiq olunmuş xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara əməl olunması üçün zəruri tədbirlər görülür.

“Qafqazinfo”ya daxil olan məlumata görə, rayonda koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı tibbi profilaktik tədbirlər davam etdirilir. Koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində əhalinin daha çox toplaşdığı yerlərdə, ictimai-iaşə və xidmət obyektlərində mobil qruplar tərəfindən vaxtaşırı olaraq reydlər keçirilir.

Keçirilən reydlər zamanı vətəndaşlara sanitar rejimin tələbləri izah edilir, sosial məsafənin qorunmasının zəruri olduğu, evdən çıxarkən, qapalı məkanlarda, ictimai nəqliyyatda, apteklərdə və bankomatların qarşısında nəfəs yollarını qoruyan tibbi maskadan mütləq qaydada istifadə etmələri, insanlarla təmas zamanı iki metrlik ara məsafəsini saxlamaları tövsiyə olunur. Aparılan profilaktik tədbirlərində çərçivəsində əhaliyə maarifləndirici flayerlər paylanılır. Bu proseslərdə könüllülər fəallıq nümayiş etdirirlər.

Rayonda tətbiq edilən sərtləşdirilmiş karantin rejimi və həyata keçirilən profilaktik tədbirlər öz müsbət nəticələrini verməkdədir. Son günlər Şəkidə yoluxma halları minimuma enib. Yoluxmuş insanların 75 faizi isə artıq sağalıb.

Qeyd olunmalıdır ki, Azərbaycan dövləti qısa zamanda bütün səhiyyə sistemini koronavirusla mübarizəyə istiqamətləndirməyə müvəffəq olub. Bu məqsədlə, koronavirusa yoluxmuş xəstələrin müalicəsi üçün xəstəxanalar ayrılıb, yeni tibb müəssisələri istifadəyə verilib, modul tipli xəstəxanalar açılıb. Koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli xəstəxanalardan biri də iyulun 29-da Prezident İlham Əliyevin Şəkiyə səfəri zamanı istifadəyə verilib.

Pandemiya dövründə ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsinə də çox böyük diqqət göstərilir. Şəki şəhərində də ötən müddət ərzində bir sıra sosial aksiyalar, tədbirlər həyata keçirilib. Qurban bayramı münasibətilə Heydər Əliyev Fondu tərəfindən ayrılmış qurban payları və müxtəlif ərzaq sovqatları rayondakı aztəminatlı ailələrə çatdırılıb.

Bayram günlərində qurbanlıq heyvanların satışı və ət kəsimi ilə bağlı müvafiq qaydalara riayət edilməsinə nəzarət məqsədi ilə şəhər İcra Hakimiyyəti, Qida Təhlükəsizliyi Agentliyi və Polis şöbəsinin gün ərzində birgə reydləri keçirilib.

Bir cevap yazın