Ağdaşda ötən il 2588 yeni iş yeri açılıb

Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının birinci ilində Ağdaşda 2588 yeni iş yeri açılıb. Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, ötən il yeni açılan iş yerlərinin 1229-u daimidir. Daimi iş yerlərinin 114-ü yeni yaradılan idarə və müəssisələr, 143-ü mövcud müəssisə və təşkilatlar, 4-ü fəaliyyəti bərpa olunan idarə və müəssisələr, 968-i isə fiziki şəxslər tərəfindən açılıb. Qeyd edək ki, Dövlət Proqramında Ağdaş rayonu üçün planlaşdırılan layihələrin icrası, ölkədə qeyri-neft sektorunun inkişafına göstərilən dövlət dəstəyi, iqtisadiyyatın şaxələndirilməsi, sahibkarlar üçün yaradılan əlverişli şərait digər bölgələrdə olduğu kimi, bu rayonda da yeni…

Ardı