Pandemiyadan ölənlərin sayına görə ilk 3-lüyə daxil olan – Ölkələr

Dünyada koronavirusa yoluxanların sayı 924 min 886, ölənlərin sayı isə 46 min 375 nəfərdir. “Qafqazinfo” worldometers.com-a istinadən xəbər verir ki, 193 min 431 nəfər isə Covid-19-a qalib gəlib. Ən çox yoluxma ABŞ-da (209 min 105), ölüm isə İtaliyada (13 min 155) qeydə alınıb. İspaniya 102 min 179 yoluxma, 9131 ölüm faktı ilə ilk üçlüyü tamamlayır. Bu gün ABŞ-da 605 nəfər (ümumilikdə 4658), İtaliyada 727 (ümumilikdə 13 min 155), İspaniyada 667 nəfər (ümumilikdə 9131) koronavirusdan  dünyasını dəyişib. Virusun yayılmağa başladığı Çində isə bu gün 7 nəfər ölüb (ümumilikdə 3312).

Ardı

ÜST-dən dəhşət saçan STATİSTİKA: tezliklə baş verəcək…

ÜST-nin Baş direktoru Tedros Adan Qebreyesus dünyada koronavirusun sürətlə yayılmasından dərin narahatlığını ifadə edib. APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, ÜST rəhbəri çərşənbə günü Cenevrədə keçirilən brifinqdə çıxışı zamanı qeyd edib ki, son bir həftə ərzində ölənlərin sayı iki qat artacaq. Tedros Adan Qebreyesus əlavə edib ki, yaxın günlərdə virusdan ölənlərin sayı 50 minə, yoluxanların sayı isə milyona çatacaq: “Mən infeksiyanın sürətlə artması və qlobal yayılmasından çox narahatam. Xəstəlik hazırda demək olar ki, bütün ölkələrdə və regionlarda mövcuddur”. Baş direktor vurğulayıb ki, bu günə qədər Afrika və Latın Amerikasında təsdiqlənmiş…

Ardı

Rusiyada karantini pozanlara veriləcək həbs müddəti açıqlandı

Rusiya Prezidenti Vladimir Putin karantin və sanitar-epidemioloji qaydaları pozanların azadlıqdan məhrum edilməsini nəzərdə tutan qanunu imzalayıb. “Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, qanuna əsasən karantin rejimini pozanlar səhlənkarlığa yol verərək kütləvi yoluxmaya səbəb olarsa, 1 milyon rubl cərimələnəcək, yaxud 3 ilədək həbs ediləcəklər. Əgər rejim qaydalarını pozmaq insan ölümünə səbəb olarsa, bu cərimə 2 milyon rubl, həbs müddəti isə 5 ilədək nəzərdə tutulur. 2 və daha artıq insan ölümünə səbəb olarsa isə, həmin şəxsi 7 ilədək həbs gözləyir.

Ardı

Yapon alimlərdən virusun hava ilə yayıldığını sübut edən – Video

Yaponiyanın İnfeksiya Xəstəlikləri Dərnəyi koronavirusun asqırma və öskürmə zamanı hava yolu ilə yayılmasını əks-etdirən video-çarx hazırlayıb. “Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, dərnəyin Prezidenti Kazuhiro Tatedanın sözlərinə görə, asqırıb öskürərkən, eləcə də adi danışıq zamanı havaya mikrometr hissəciklər yayırıq. Bu damcılar öskürək damcılarından daha kiçik və yüngül olduğu üçün uzun müddət havada qala bilir. Bu zaman qoruyucu vasitələr olan maska taxmamısınızsa, asanlıqla mikrometr hissəcikləri özünüzə cəlb edirsiniz. Həmin damcılardan birinə toxunaraq dərhal virusa yoluxmaq mümkündür. Buna görə də tez-tez əllərinizi yumalı, üzünüzə toxunmamamlısınız. Nəzəriyyəni sübut etmək üçün bir qrup…

Ardı

Putin karantində olanların sayını açıqladı

Rusiya Prezidenti Vladimir Putin koronavirus karantinində olan şəxslərin sayını açıqlayıb. “Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, Rusiya lideri bu rəqəmin 3,317 milyon nəfər olduğunu bildirib. Onun sözlərinə görə, 292 min 740 vətəndaş isə özünütəcriddədir. Putin əlavə edib ki, martın 11-dən etibarən Rusiyaya xaricdən 825 mindən çox insan gəlib. Daha 20 min nəfərin də gəlişi gözlənilir.

Ardı

Türkiyədə yüzlərlə həkim koronavirusa yoluxdu

Türkiyədə 601 səhiyyə işçisində COVID-19 aşkarlanıb. “Report” xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Fahrettin Koca deyib. “Ümumdünya Səhiyyə Təşkilatı aşkarlanan halların 10%-nin səhiyyə işçilərində qeydə alındığını açıqlayıb. Bizdə belə faiz yoxdur. Ölkəmizdəki sayı demək heç ürəyimcə olmasa da, bildirməliyəm ki, 601 tibb işçisi koronavirusa yoluxub. Səhiyyə işçilərimizi qorumaq üçün əlimizdən gələni edirik”,- nazir bildirib.  Qeyd edək ki, Türkiyədə koronavirus qurbanlarının sayı 277 nəfərə çatıb. Ölkədə virusun qeydə alındığı insanların sayı isə 15,6 mini ötüb. Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 203 ölkə və bölgədə qeydə alınıb.…

Ardı

Türkiyədə koronavirusdan ölənlərin sayı 277-yə çatdı

Türkiyədə son bir gündə 2 148 koronavirusa yoluxma faktı qeydə alınıb. “Report” xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Fahrettin Koca bildirib. O qeyd edib ki, bununla da Türkiyədə koronavirusa yoluxanların sayı 15 679 nəfərə çatıb, ölənlərin sayı isə 63 nəfər artaraq 277 nəfərə yüksəlib. Nazir deyib ki, hazırda pasiyentlərdən 979-nun vəziyyəti ağır, 692 nəfərin vəziyyəti isə orta-ağırdır. F.Koca həmçinin indiyədək 333 nəfərin sağaldığını da vurğulayıb. O deyib ki, ən çox yoluxma hadisəsi İstanbulda qeydə alınıb – 8 852. “Ölkənin bütün şəhərlərində koronavirusa yoluxma qeydə alınıb. Toplam 39 şəhərdə koronavirusdan ölüm baş verib. Hazırda reanimasiyada olanların 75%-i yaşı 60 və daha çox olan insanlardır. Reanimasiyada olanların 63%-də təzyiq xəstəliyi var”, – deyə…

Ardı

Koronovirus artıq 203 ölkəyə yayılıb – Son rəqəmlər+Video

Səhiyyə Təşkilatının son statistikasına görə, bu saata qədər daha 3 ölkədə koronavirus aşkarlanıb. Beləliklə, dünyanın 203 ölkəsində 860 184 nəfər koronavirusa yoluxub.  Azərbaycanda isə 267 nəfər aktiv koronavirus xəstəsi var və onlar xüsusi rejimli xəstəxanalara yerləşdirilib. Onlardan 11 nəfərin vəziyyəti ağır, 15 nəfərinki isə orta ağırdır. İndiyə kimi 5 nəfər virus səbəbindən həyatını itirib, 26 nəfər isə sağalaraq evinə geri dönüb. ABŞ virusun yayılma sürətinə görə birinci yerdə qalır. Ölkədə 177 286 aktiv  xəstə var. İtaliyada xəstəliyə yoluxanların sayı 100 mini ötüb, ölənlərin sayı isə 16 minə çatır. Artıq İspaniya…

Ardı

Yerə meteorit düşüb? – VİDEO

Nigeriyanın Ondo əyalətində güclü partlayış baş verib. Sondakika.com xəbər verir ki, partlayış nəticəsində 100-dən çox bina, məktəb və kilsə dağılıb. Yerli sakinlər partlayışın meteorit düşməsi səbəbindən meydana gəldiyini iddia edir. Sözügedən ərazidə nəhəng bir çuxur əmələ gəlib. Kilsə binasında yaşayan şəxslərin xəsarət aldığı, bəzi insanların xilas edildiyi bildirilir. Hadisə ilə bağlı başqa bir iddia partlayıcı maddə daşıyan yük maşınının partladılmasıdır. Yük maşınının partlayışdan sonra qumda batdığı təxmin edilir.

Ardı

Tibb bacısı koronaviruslu xəstələrin əzabından danışdı

Böyük Britaniyanın Sauthempton şəhərində xəstəxanada gündə 13 saat işləyən gənc tibb bacısı koronavirusa yoluxan xəstələrin əzabından danışıb. “Daily Mail” xəbər verir ki, Luci Hatçinqs adlı 19 yaşlı tibb işçisi şəhər xəstəxanasında qoruyucu vasitələrin yetərli olmadığını iddia edir. O, eyni zamanda, virusa yoluxan xəstələrin sayının sürətlə artmasından da qorxduğunu deyib: “İnsanlar xəstəliyin son mərhələsində bizə müraciət edirlər. Xəstələrin çoxu tənəffüs aparatına ehtiyac duyur. Virusa yoluxanların əksəriyyəti 60-90 yaş arasındadır”. Hatçinqs infeksiyaya yoluxan insanların əziyyət çəkməsini izləməyin çətin olduğunu etiraf edib. Onun dediyinə görə, xəstələrin gözlərində dəhşətli ağrıları görür: “Qorxuram. Vəziyyətin daha da…

Ardı

ABŞ-da virusdan ölənlərin sayı 4000-ə yaxınlaşır

ABŞ-da koronavirusdan ölənlərin sayı 3873-ə çatıb. “Qafqazinfo” “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə Con Hopkins Universiteti məlumat yayıb. Təsdiqlənmiş yoluxma halların sayı 188 172 nəfər təşkil edir. ABŞ bu göstərici ilə dünyada birincidir. Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də koronavirusu pandemiya elan edib. ÜST-ün ən son məlumatlarına görə, indiyədək dünyada 750 mindən çox yoluxma halı qeydə alınıb, 36 mindən çox insan vəfat edib.  

Ardı

Hindistanda ümummilli karantin – Fotolar

Martın 25-dən Hindistanın bütün ərazisində sərt izolyasiya rejimi tətbiq edilir – ştatlar arasındakı sərhədlər bağlıdır, vətəndaşlardan isə ehtiyac olmadığı halda evlərini tərk etməməyi xahiş edirlər. Bir çox mağaza və müəssisələr fəaliyyətlərini dayandırıb, orada çalışan insanlar isə ailələrinin yaşadığı şəhərlərə qayıtmaq istəyir. Vəziyyət onunla mürəkkəbləşir ki, ştatların sərhədlərini yalnız xüsusi icazə olduqda keçmək olar.  İndiyədək Hindistanda 1251 koronavirusa yoluxma halı təsdiqini tapıb, 32 nəfər vəfat edib, 102 pasiyent sağalıb. “Qafqazinfo” “Reuters”ə istinadən Hindistandakı vəziyyəti fotolarda təqdim edir:

Ardı
1 2 3 4 5 6 23