Azərbaycanda dəhşətli qətl: Ər arvadını xəstəxananın həyətində öldürdü – FOTO

Bərdədə qətl hadisəsi baş verib. Oxu.Az-ın məlumatına görə, hadisə bu gün Bərdə uşaq xəstəxanasının həyətində baş verib.  Zamanov İsmət adlı şəxs həyat yoldaşı Zamanova Zülfiyyəni qətlə yetirib. Hadisə ailə münaqişəsi zəminində baş verib. Onlar Bərdənin Cəyirli kənd sakinləridir. İ.Zamanov hadisəni törətdikdən sonra Bərdə Rayon Polis Şöbəsinə könüllü təslim olub. 

Ardı

Bakıda qadın vəhşicəsinə döyüldü: Polis araşdırmalara başladı – FOTO

Sosial şəbəkələrdə Binəqədi rayonu, Sulutəpə qəsəbəsində kirayədə yaşayan T.Abdullayevanın Saleh Şahmarov tərəfindən fiziki təzyiqə məruz qalması ilə bağlı yayılan məlumatlar araşdırılmaqla, Bakı şəhər BPİ rəhbərliyinin nəzarətinə götürülüb.  Oxu.Az-a Bakı şəhər Baş Polis İdarəasinin Mətbuat Xidmətindən verilən məlumata görə, vətəndaşın müraciəti üzrə xüsusatların tam və hərtərəfli araşdırılıb əmələ hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Binəqədi RPİ 40-cı Polis Bölməsindən götürülməklə Binəqədi RPİ-nin İstintaq şöbəsində cinayət işinin başlanması və icraata qəbul edilməsi ilə bağlı qərar qəbul edilib.  Qeyd olunan hərəkətlərdə zərərçəkmiş şəxsi mütəmadi olaraq döymə və ya sair zorakı hərəkətlər nəticəsində güclü…

Ardı

Bayram günü axtarışda olan altı nəfər saxlanıldı

Paytaxtın polis orqanları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 20-də 24 cinayətin üstü açılıb. Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, bunlardan dördü əvvəlki dövrlərdən bağlı qalmış cinayətlər olub. Qəsdən adam öldürməyə cəhdə görə bir, qəsdən sağlamlığa ağır zərər vurmaya görə bir, narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqəli üç, qanunsuz saxlanılan silah-sursat üzrə bir, baş vermiş oğurluq hadisələri ilə əlaqədar əməliyyat-axtarış tədbirləri nəticəsində daha 13 faktın açılması təmin olunub. Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə altı nəfər saxlanılıb.

Ardı

Azərbaycanda ŞOK OLAY: gənc oğlan 4 yaşlı uşağa təcavüz etdi

Quba rayonunda azyaşlıya qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirli bilinən Siyəzən şəhər sakini, 1989-cu il təvəllüdlü Füzuli Bəylərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Publika.az-ın xəbərinə görə, Füzuli Bəylərov 11 iyun 2018-ci il tarixdə, saat 12 radələrində Quba rayonun mərkəzində yerləşən yaşayış olmayan iki mərtəbəli yarım tikilinin həyətində 2014-cü il təvəllüdlü Bəhman Məmmədova (cinayət işində zərərçəkmişin, onun qohumlarının ad və soyadları şərti verilib – red.) qarşı seksual xarakterli hərəkətlər edib, onunla qeyri-təbii yolla cinsi əlaqədə olub. “Hara getdiyini mənə demədi”İstintaq orqanı tərəfindən Füzuli Bəylərovun barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü…

Ardı

30 yaşlı oğlan intihar etdi

Goranboy rayonunda 30 yaşlı oğlan intihar edib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə bir neçə saat əvvəl rayonun Quşçu kəndində baş verib. Kənd sakini, 1990-cı il təvəllüdlü Məmmədov Ənvər Hidayət oğlu yaşadığı evin həyətində özünü asaraq intihar edib. Hazırda hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerinə cəlb olunub. Araşdırma aparılır

Ardı