Prezidentin dediyi şüar “Alov qüllələri”ndə əks olundu – Video

Alov Qüllələrində Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük!” Fikri, “Azərbaycan həkimlərinə eşq olsun!” və “Evdə qal Azərbaycan!” sloqanları əks olunub. “Qafqazinfo” xəbər verir ki, Prezident bu gün “Yeni klinika”nın açılışındakı çıxışında həkimlərə həmrəylik və dəstək üçün müxtəlif aksiyalar keçiriləcəyini və ölkəmizin müasir memarlıq rəmzlərindən biri olan “Alov qüllələri”ndə də həkimlərə münasibətin əks olunacağını bildirmişdi.

Ardı

Bu gündən Azərbaycanda xüsusi karantin rejimi gücləndirildi

Bu gündən Azərbaycanda xüsusi karantin rejimi gücləndirilib. “Qafqazinfo” xəbər verir ki, bu gün saat 00:00-dan etibarən xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, kənd təsərrüfatı, sosial xidmət məqsədli, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, rayonlararası və şəhərlərarası nəqliyyat hərəkəti tam dayandırılıb. Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun hüdudları daxilində isə hərəkət sərbəstdir. Bundan başqa, Bakı metrosunun iş vaxtı səhər 07:00-09:00 və axşam 17:00-20:00 saatlarına müəyyən edilib. Bu müddət ərzində supermarketlər, ərzaq mağazaları və apteklər istisna olmaqla, bütün ticarət obyektlərində, müştərilərə yerində xidmət dayandırılıb, çatdırma və onlayn satışlara…

Ardı

“2004-cü ildə Lənkəranda gördüyüm mənzərə məni dəhşətə gətirdi”

“Təkcə bu il Qazax, Goranboy və Şəmkir şəhərlərində mənim iştirakımla mərkəzi rayon xəstəxanalarının açılışı olmuşdur. Təsəvvür edin, əgər biz bu sahəyə fikir verməsəydik, bu gün bizim vəziyyətimiz əlbəttə ki, tələbatımızı təmin edə bilməzdi”.  “Qafqazinfo” xəbər verir ki, Prezident İlham Əliyev “Yeni Klinika”nın açılışında tibbi heyətlə görüşündə səhiyyə sahəsində görülən yeniliklərdən danışıb: “Xatırlayıram, 2004-cü ildə mən hələ Prezident kimi fəaliyyətimə yenicə başlamışdım, Lənkəran şəhərində yaşayış binasının çökməsi nəticəsində bir neçə insan həlak oldu, bir çox insan yaralandı. Mən dərhal Lənkərana getdim, xəstələrə baş çəkdim və orada gördüyüm mənzərə məni dəhşətə gətirdi.…

Ardı

Azərbaycanda hazırda 163 koronavirus xəstəsi var – 23-nün vəziyyəti ağırdır

Hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 163 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onlardan 23 nəfərin vəziyyəti ağır, 17 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.  Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan “Qafqazinfo”ya verilən məlumatda deyilir.  Bildirilir ki, həmin şəxslərin müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir.

Ardı

“Dərs vaxtı”nın 30 mart cədvəli

Martın 30-da yayımlanacaq “Dərs vaxtı” proqramının yeni cədvəli açıqlanıb. “Qafqazinfo” xəbər verir ki, növbəti proqramda həm Azərbaycan, həm də rus bölməsi üzrə teledərslər olacaq. Qeyd edək ki, martın 11-dən başlayaraq Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və “ARB Günəş” kanallarında “Dərs vaxtı” proqramının yayımına start verilib. Proqram çərçivəsində həftənin 5 günü teledərslər keçirilir. Teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur. “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi “Youtube” (https://www.youtube.com/playlist…) kanalı ilə yanaşı “Facebook” səhifəsindən, eyni zamanda da Təhsil Nazirliyinin videodərslər…

Ardı

Azərbaycanda koronavirusdan daha bir nəfər öldü – 17 yeni yoluxma

Azərbaycan Respublikasında 17 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb, 1 nəfər vəfat edib. Nazirlər Kabineti yanında Operativ Qərargahdan “Qafqazinfo”ya verilən məlumata görə, 1951-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı ağır gedişli iki tərəfli pnevmoniya, üçüncü dərəcə tənəffüs çatışmazlığından əziyyət çəkmiş, xəstənin anamnezində ürəyin işemik xəstəliyi, xroniki kardiomiopatiya, şəkərli diabet olduğu, həmçinin angioplastika (stendin taxılması) əməliyyatı keçirdiyi göstərilmişdir. Pasiyentdən COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb. Xəstənin səhhətinin stabilləşdirilməsi ilə bağlı aparılan reanimasiya tədbirləri nəticə verməmişdir. Hazırda onun ailə üzvləri və ünsiyyətdə olduğu digər şəxslər müəyyən edilir və karantinə götürülür.…

Ardı

“Azərişıq”dan “vətəndaşa yardım” açıqlaması

“Azərişıq” ASC Prezident İlham Əliyevin və Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıq və qərarlarını rəhbər tutaraq sosial izolyasiyada qalan vətəndaşlarımıza dəstək verməyə daim hazırdır”. BiG.AZxəbər verir ki, bunu qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev “Azərişıq” əməkdaşlarının vətəndaşlara yardım etməsi ilə bağlı son günlər sosial şəbələlərdə yayılmış videonu şərh edərkən deyib. “Bildiyiniz kimi Operativ Qərargah ölkədə xüsusi karantin rejiminin elan edilməsi çərçivəsində 65 yaşdan yuxarı insanların da evdən çıxmasını qadağan edib. Bu səbəbdən də müxtəlif qurumlar həmin yaş qrupundan olan vətəndaşlarımız üçün sosial xidmətlər həyata keçirir. Vətəndaşlarımızın sağlamlığına önəm verən “Azərişıq” da…

Ardı

Birinci sinfə elektron qeydiyyat yenidən başlayır

Birinci sinfə elektron qeydiyyata yenidən start verilir. “Qafqazinfo” Təhsil Nazirliyinə isitnadən xəbər verir ki, martın 29-u birinci sinfə elektron qeydiyyat prosesinə yenidən start verilir. Elektron qeydiyyat sistemi saat 12:00-dan etibarən  aktivləşəcək. Qeyd edək ki, 2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu www.mektebeqebul.edu.az sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

Ardı

Postlardan hansı avtomobillər və şəxslər buraxılacaq? – Siyahı

Xüsusi karantin rejimi dövründə polis postlarından fiziki şəxslərin və nəqliyyat vasitələrinin buraxılışı Qaydası təsdiqlənib. Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, qaydaya əsasən polis postlarından aşağıdakı şəxslər və onların nəqliyyat vasitələri buraxılır: – operativ nəqliyyat vasitələri, o cümlədən yanğından mühafizə, polis, təcili tibbi yardım, qəza-xilasetmə bölmələrinin, hərbi avtomobil müfəttişliyinin, feldyeger rabitəsi orqanının, pul mədaxilinin inkassasiyası üçün nəzərdə tutulan, “Azərpoçt” MMC-yə məxsus olan avtomobillərin sürücüləri və aidiyyəti sərnişinləri; – yük daşıyan avtomobillərin sürücüləri və aidiyyəti sərnişinləri; – təcili tibbi zərurətlə əlaqədar səfər edən şəxslər və onlar ilə gedən ailə üzvləri (2…

Ardı

Çin Azərbaycana koronavirusla mübarizə üçün yardım təklif etdi

Çin Xalq Respublikasının (ÇXR) Dövlət Şurasının Dövlət Müşaviri, ÇXR-in Xarici işlər naziri Van İn Azərbaycan Respublikasının Xarici işlər naziri Elmar Məmmədyarova teleqram ünvanlayıb. Bu barədə “Report”a Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib. Teleqramda Van İn yeni koronavirus pnevmoniyası başlayandan bəri Azərbaycan tərəfinin epidemiya ilə mübarizədə Çinə güclü dəstək verdiyini qeyd edir və bu xüsusda Çinin dərin minnətdarlığını ifadə edir. Hazırda yeni koronavirus sətəlcəm epidemiyasının getdikcə dünya miqyasında yayıldığını və Azərbaycanda təsdiqlənmiş halların artdığını qeyd edən Van İn ÇXR Xarici İşlər Nazirliyi və şəxsən öz adından dost…

Ardı

Koronavirus xəstələri sabahdan “Yeni klinika”ya köçürüləcək

“Müvəqqəti olaraq sabahdan etibarən bu müəssisədə koronavirusa yoluxan və ağır simptomları olan xəstələr müalicə alacaqlar”. “Qafqazinfo” xəbər verir ki, bu barədə “Yeni klinika”nın açılışında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı dövlət başçısına burada yaradılan şərait barədə məlumat verərkən deyib. Qeyd edilib ki, tibb ocağı 575 çarpayılıqdır. Xəstəxanada 1500-dən artıq həkim və tibbi heyət çalışacaq.

Ardı

İşlə bağlı küçəyə çıxmalı olan vətəndaşlar haqda açıqlama

“Təbii ki, işləyən insanları hamı başa düşür. Kimlərə ki, icazə verilib, onların işləməsi vacibdir. Həyati əhəmiyyətli müəssisələrdə çalışır, onların işləməsində problem yoxdur”. BiG.AZxəbər verir ki, bu sözləri Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov REAL TV-nin efirində deyib. O qeyd edib ki, nümunəvi addım kimi bir çox dövlət qurumları əmək haqqı ödəməklə işçilərini məzuniyyətə buraxıb: “İstehsal müəssisələri və yük daşımalarının fəaliyyətinə məhdudiyyət qoyulmayıb. Söhbət insanların fərdi məsuliyyətindən gedir. Ancaq insanlar xüsusi karantin rejiminin qaydalarına əməl etməyə meyilli deyil. Ehtiyac olmadığı hallarda da küçəyə çıxır, bir yerdə toplaşırlar. Qaydaları sərtləşdirmək olar, ancaq Operativ…

Ardı
1 2 3 4 5 6 34