Karantində qalanlar Azərbaycan polisini belə alqışladı – VİDEO

Lənkəranın “Spring” hotelində saxlanılan koronavirus şübhəsi ilə karantinə alınan şəxslər polisi alqış yağışına tutublar. Bununla bağlı görüntülər sosial şəbəkədə yayılıb. Belə ki, vətəndaşlarımız hotelin qarşısında keşik çəkən polis əməkdaşlarını alqışlayaraq, “Ən böyük polis – bizim polis”, “Azərbaycan” şüarlarını səsləndiriblər. Həmin görüntüləri təqdim edirik: Oxu.Az

Ardı

“Azercell”dən koronavirusla mübarizəyə dəstək üçün yeni xidmət

“Azercell Telekom” mövcud gərgin qlobal vəziyyətdə milli iqtisadiyyatı və koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərini dəstəkləmək üçün yeni vasitələr təklif edir. “Qafqazinfo” xəbər verir ki, 24 Mart 2020 tarixindən etibarən Azercell istifadəçiləri “Mobil Ödəmə” xidməti vasitəsilə Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etmək imkanı qazanıblar.  Abunəçilər həm iOS, həm də Android əməliyyat sistemlərində çalışan çoxfunksional “Kabinetim” tətbiqində “Mobil Ödəmə” bölməsinə daxil olaraq heç bir əlavə komissiya hesablanmadan istədikləri məbləği daxil etməklə nömrə balansından ödəniş edəcəklər. “Mobil Ödəmə” Xidməti vasitəsilə toplanmış məbləğ gündə bir dəfə Koronavirusla Mübarizəyə Dəstək Fondunun bank hesabına köçürüləcək.…

Ardı

Oqtay Şirəliyev üzə çıxdı – Bu axşam DANIŞACAQ

Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev AzTV-də bu gün axşam “Xəbərlər” proqramından sonra efirə gedəcək “Hədəf” verilişinin qonağı olacaq. Sonxeber.az modern.az-a istinadən xəbər verir ki, nazir veriliş boyu mövcud durumla bağlı suallara cavab verəcək, rəhbərlik etdiyi qurumun tövsiyələrini bildirəcək. Qeyd edək ki, son vaxtlar sosial şəbəkələrdə və ictimaiyyət arasında səhiyyə nazirinə yönəlik çoxsaylı tənqidlər ünvanlanır. Bu tənqidlərdə Oqtay Şirəliyev koronavirusun yayıldığı müddətdə ictimiayyət qarşısına çıxmadığına görə ittiham olunur.

Ardı

Azərbaycanlı psixoloqdan koronavirusla bağlı tövsiyələr

“İnsanlar günün istənilən saatını açıq hava şəraitində keçirdiyi üçün bir anda sərbəst hərəkətin məhdudlaşdırılmasına aqressiv reaksiya verirlər”. Bu sözləri Oxu.Az-a açıqlamasında psixoloq Nuriyyə Quliyeva deyib. Onun sözlərinə görə, Nazirlər Kabineti tərəfindən insanların sağlamlıqlarının müdafiəsinə yönələn qərarları müsbət qiymətləndirmək lazımdır. Psixoloq qeyd edib ki, insanlar qoyulan məhdudiyyətləri azadlıqlarının əlindən alınması kimi başa düşür: “Mövcud vəziyyətlə bağlı respublika ərazisində tətbiq edilən məhdudiyyətlərin vacib olduğunu düşünürəm. Bu qərarlara müsbət yanaşıram və hər kəsi sağlamlıq naminə bu qaydalara riayət etməyə çağırıram. Bəzi insanlar koronovirusla bağlı məsələnin ciddiyyətini hələ də dərk etmir. Onlar azadlıqlarının məhdudlaşdırıldığını düşünərək vəziyyətə etiraz etməyə…

Ardı

Prezidentdən sahibkarlara çağırış

“Əlbəttə ki, biz bu haqda da düşünürük. Görülmüş tədbirlər arasında, ilk növbədə, məşğulluq problemləri ön plandadır. Çünki sirr deyil ki, indi ölkələr özlərini təcrid vəziyyətinə salırlar və iqtisadi əlaqələr kəsilir, pozulur. Baxmayaraq, hələ ki, yükdaşımalarda normal vəziyyət müşahidə olunur, ancaq iqtisadi əlaqələrin, iqtisadi fəallığın zəifləməsi, əlbəttə, ilk növbədə, məşğulluğa mənfi təsir göstərə bilər. Ona görə bir milyard manatın ayrılmasının əsas məqsədi ondan ibarətdir ki, sahibkarlığa dəstək verilsin, xəstəlikdən və onun fəsadlarından əziyyət çəkmiş sahibkarlara dövlət öz maliyyə dəstəyini göstərsin”. “Qafqazinfo”nun məlumatına görə, bu sözləri martın 24-də Mənzil İnşaatı Dövlət Agentliyinin…

Ardı

Bu günədək toplanan ianənin məbləği açıqlandı

Prezident İlham Əliyevin fərmanıyla yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna bu günə kimi 68,274,279 manat ianə toplanıb. “Qafqazinfo” xəbər verir ki, ianələri köçürənlər arasında həm hüquqi, həm də fiziki şəxslər var. Belə ki, Fonda 422 hüquqi, 114 fiziki şəxs ianə köçürüb. Xatırladaq ki, Koronavirusla Mübarizəyə Dəstək Fondu martın 19-da yaradılıb.

Ardı

Azərbaycanda bu icra başçısı cəzalandırıldı

Koronavirus infeksiyasına qarşı şəhərin mərkəzində və mərkəzə yaxın hissələrdə qarşıya qoyulan vəzifələr icra olunsa da, bir sıra ərazilərdə ciddi nöqsanların mövcud olduğu müəyyən edilib. Oxu.Az xəbər verir ki, bu barədə bu gün Bakı Şəhər İcra Hakimiyyətində koronavirus infeksiyasına qarşı şəhərdə aparılan dezinfeksiya işlərinə həsr olunmuş müşavirə zamanı məlumat verilib.  Müşavirə zamanı mart ayının 23-də şəhərin mərkəzi hissəsində və ətraf ərazilərdə dezinfeksiya işləri ilə bağlı monitorinqlərin aparıldığı bildirilib. Belə ki, paytaxtın bir sıra rayonlarında təlimatlara riayət olunsa da, Qaradağ rayonu təmizlik sahəsində müstəqil maddi-texniki bazanın mövcud olduğu iki rayondan biri olmasına baxmayaraq, bu işlər Ələt və…

Ardı

Viktor Qasımov: “Ümid edirəm ki, yaya qədər Azərbaycanda koronavirusun öhdəsindən gələcəyik” – MÜSAHİBƏ

“Azərbaycan Respublikasında sanitar və epidemioloji rifah haqqında” Qanunun 25-ci maddəsinə uyğun olaraq, 24 mart 2020-ci il saat 00:00-dan aprelin 20-dək ölkədə koronavirusun yayılması ilə əlaqədar xüsusi karantin rejimi elan edilib. Dünyada COVID-19-a yoluxan xəstələrin sayı artmaqda davam edir. Onların sayının 382 mindən çox, sağalanların 102 481 nəfər, ölənlərin isə 16 565 nəfər olduğu məlumdur. Ancaq bu rəqəmlər demək olar ki, hər dəqiqə dəyişir. Beləliklə, hər 100% xəstəliyə 14% ölüm düşür. Daha əvvəl isə bu göstərici cəmi 4% təşkil edib. Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün keçirdiyi brifinq çərçivəsində Səhiyyə nazirinin müavini Viktor…

Ardı

Maliyyə naziri koronavirusla bağlı əmr imzaladı

Maliyyə naziri Samir Şərifov koronavirus infeksiyası ilə bağlı əlavə tədbirlər barədə əmr imzalayıb. Oxu.Az-ın məlumatına görə, əmrdə bildirilir ki, iclasların, müşavirələrin, toplantıların yalnız telefon rabitəsi və internet vasitəsilə keçirilməsinə üstünlük verilsin. Qeyd olunub ki, nazirliyin əməkdaşlarında və onların ailə üzvlərindən birində qrip, soyuqdəymə, halsızlıq və digər bu kimi hallar olduğu təqdirdə həmin işçilərin işə çıxması qadağan edilir. Əmrdə göstərilir ki, xüsusi zərurət olduğu hallar istisna olmaqla, bütün ezamiyyətlər dayandırılır. Ezamiyyətə xüsusi zərurət olduğu hallarda isə nazirliyin rəhbərliyinə əsaslandırılmış müraciət edilməlidir. Həmçinin vətəndaşların qrup və fərdi surətdə qəbulları təxirə salınıb. Qeyd edək ki, Azərbaycanda…

Ardı

İlham Əliyev koronavirus xəstələrinə çağırış etdi

“Azərbaycan həkimlərinə bir daha minnətdarlığımı bildirmək istəyirəm. Onlar, doğrudan da, böyük qəhrəmanlıq göstərirlər, öz həyatlarını, sağlamlıqlarını risk altına atırlar, ancaq öz vəzifə borcunu şərəflə yerinə yetirirlər”. Oxu.Az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev Mənzil İnşaatı Dövlət Agentliyinin ikinci layihəsi olan Hövsan yaşayış kompleksinin açılışında AzTV-yə müsahibə verərkən deyib. Ölkə başçısı koronavirusla mübarizədə Azərbaycanın bütün vətəndaşlarını həkimlərə dəstək olmağa çağırıb. Prezident Azərbaycanda koronavirusa yoluxmuş insanlara da çağırış edib. “O cümlədən, bu xəstəliyə yoluxmuş insanlara da, – biz, əlbəttə, başa düşürük ki, onların həm fiziki, həm də psixoloji vəziyyəti bu xəstəliyin təsiri…

Ardı

Azərbaycanda daha 15 nəfərdə koronavirus aşkarlandı

Azərbaycan Respublikasında 15 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Bu barədə “Qafqazinfo”ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 76 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onlardan 6 nəfərinin vəziyyəti orta ağır qiymətləndirilir, digərləri isə özlərini normal hiss edirlər, səhhətləri stabildir. Pasiyentlərin müalicəsi ilə bağlı zəruru tədbirlər davam etdirilir. Ölkədə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və infeksiyaya yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə müxtəlif xəstəxanalarda yaradılmış karantin zonalarında 2 126 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər görülür. Koronavirusa yoluxma halları həm Azərbaycana xaricdən gələn şəxslər sırasında, həm də ölkə daxilində insanların bir-birini…

Ardı
1 5 6 7 8 9 10 11 12 13 14 15 34