Uşaq evindəki bu görüntüyə görə 2 işçi cəzalandırıldı

Səhiyyə Nazirliyi son günlər sosial şəbəkədə Gəncədəki uşaq evində uşaqların bir-birinə bağlanaraq yatızdırılması ilə bağlı yayılan videogörüntülərə münasibət bildirib. “Qafqazinfo” xəbər verir ki, nazirlik qeyd edib ki, sosial şəbəkədə yenidən yayımlanan video və şəkillərin 2019-cü ilin oktyabr-noyabr aylarında bir sıra elektron kütləvi informasiya vasitələrində yayımlanması ilə bağlı xüsusi komissiya yaradılıb. Araşdırmalar aparılıb, körpələrin bir-birinə bağlanması öz təsdiqini tapmasa da, uşaqların bezlərinin düşməməsi üçün bellərinə uzun corablar bağlanması aşkar olunub və bunu edən 2 orta tibb işçisi ciddi cəzalandırılıb. Videogörüntülərdə uşaq evinin təmirsiz və səliqəsiz olması ilə bağlı deyə bilərik ki,…

Ardı

Azərbaycanda qəndə ağardıcı maddə qatan iranlı ələ keçdi

İran vətəndaşı süfrədən əksik olmayan məhsula “Natrium disionid” qatıb Azərbaycanda qənd məhsullarına “Natrium disionid” adlı ağardıcı maddə qatan İran vətəndaşı həbs olunub. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Rüfət Rüstəmzadənin sözlərinə görə, bu şəxs tərəfindən Azərbaycanda sex açaraq fəaliyyət göstərib. Həmin sexdə isə sözügedən kimyəvi maddə şəkərə əlavə edilib: “Biz tövsiyə etmirik ki, hər hansı kimyəvi maddə təkrar şəkərə qatılsın. Burada müəyyən texnoloji ardıcıllıq var və həmin texnoloji ardıcıllığa riayət olunsa, heç bir əlavə qatqılara ehtiyac olmayacaq”. 14 baxış

Ardı

Məktəbli forması nümunələri ilə bağlı ictimai rəy öyrənilir

2020-2021-ci tədris ili üzrə şagirdlərin geyim formalarının təsvirlərini müəyyən edən layihəyə dair ictimai rəyin öyrənilməsinə başlanılır. “Qafqazinfo” xəbər verir ki, layihəyə görə qızlar üçün yay geyim forması qısaqol köynək və ətəkdən, qış geyim forması isə uzunqol köynək, ətək və önü zəncirbəndlə bağlanan cibli jaketdən ibarət olacaq. Oğlanlar üçün yay fəslində tətbiq edilən geyim forması qısaqol köynək və şalvardan, qış geyim forması isə uzunqol köynək, şalvar və önü zəncirbəndlə bağlanan cibli jaketdən ibarət olacaq. Geyim formaları elementlərinin aşağıdakı rənglərdə hazırlanması nəzərdə tutulur: – Ətək və şalvar – qara, tünd qəhvəyi, tünd…

Ardı

Artıq borc yazan “Azəriqaz” əməkdaşı cəzalandı

“Abonentə artıq borc yazan “Azəriqaz” əməkdaşı cəzalandırılıb”. “Qafqazinfo”ya bu barədə məlumatı qurumun mətbuat xidmətinin rəhbəri Ceyhun Səfər verib. Bildirib ki, göstəricidə mexaniki səhvə yol verilib və yaxın zamanda məsələ həllini tapacaq: “Vətəndaşa vəziyyət izah olunub. Səhvə yol verən Lənkəran Rayon Qaz İstismar İdarəsinin əməkdaşı cəzalandırılıb. Səhvin düzəldilməsi üçün sadəcə müəyyən qədər vaxt tələb olunur. Burada rəsmi şəkildə bir neçə prosedur keçirilməlidir. Göstəricidə yol verilən səhvlə bağlı düzəliş olacaq”. Xatırladaq ki, Masallı rayon Qızılavar kənd sakini Cəsarət Şahbazov redaksiyamıza müraciət edərək ona verilmiş qəbzdə qaz sərfiyyatı 1566 kub metr yazılsa da,…

Ardı

Astroloqlar bu il hansı bürclərin bəxtinin gətirəcəyini deyir…

İnsanların əksəri yeni ildən həmişə yaxşı şeylər gözləyirlər. Əslində, hamıya düşərli olmasa da, faydasını görənlər tapılır. Bizimyol.info xəbər verir ki, astroloqlar bu il bəxti gətirəcəyi bürcləri müəyyənləşdiriblər. Daha çox üç bürcün uğur qazanacağı gözlənilir. Qoç – Bu bürc altında doğulanların həmişə bəxti gətirib. Onsuz da ağıllıdırlar. Digər tərəfdən də şansları yaxşıdır. Əlbəttə, çətinliklər olacaq. Amma “Qoçlar” vəziyyətdən çıxmağı həmişə bacaracaq. Lotereya bileti alsalar, peşman olmayacaqlar. Tənha olanlar həyatının sevgisi ilə qarşılaşa bilər. Şir – Keçən il onlar üçün yaxşı keçməmişdi. 2020-ci ildə isə sözün bütün mənalarında hər şey yaxşı olacaq. Biznesləri…

Ardı

Azərbaycan əhalisinin sayı açıqlanıb

Azərbaycan əhalisinin sayı açıqlanıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ölkə əhalisinin sayı ilin əvvəlindən 78737 nəfər və ya 0,8 faiz artaraq 2019-cu il dekabr ayının 1-i vəziyyətinə 10060194 nəfərə çatıb. Əhalinin ümumi sayının 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Bir kvadrat kilometrə düşən əhalinin sayı 116 nəfər olub. (Report.az) 18 baxış

Ardı

Müəllim olmaq istəyənlərin nəzərinə: detallar açıqlandı

Müəllimlərin işə qəbulu imtahanında edilən dəyişikliklərin detalları açıqlanıb. Təhsil Nazirliyindən verilən məlumata görə, növbəti tədris ili üçün dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu qaydalarına dəyişikliklər edilib. Dəyişikliklərə əsasən, müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsində iştirak edən namizədlərə ixtisas üzrə 40, təlim strategiyaları və metodika üzrə 20 test tapşırığı təqdim olunacaq. İmtahan proqramına məntiq tapşırıqları daxil edilməyib. Bildirilib ki, “Təhsil haqqında” qanuna edilən əlavə və dəyişikliyə əsasən, dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan müəllimlər 5 ildə bir dəfə sertifikatlaşdırmadan keçməlidir. Bununla yanaşı, müəllimlərin işə qəbulu müsabiqəsi…

Ardı

Polis cinayətlərlə bağlı məlumatları niyə ictimailəşdirir?

“Cinayətə meylli şəxslər tək özlərinin yox, həm də ailə üzvlərinin – qohumlarının, övladlarının “tərcümeyi-hal”nı ləkələyir. Bu ləkə, bir ömür boyu onları təqib edir”.  Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, tutulan şəxslər barədə gündəlik məlumatlandırmanı həyata keçirməkdə məqsəd cinayətə meylli şəxsləri bu əməllərdən çəkindirməkdir: “Ötən il paytaxtda qeydə alınan cinayətlərin statistikasını açıqladıq. Qeydə alınan hər bir cinayət faktı üzrə nə qədər insan əziyyət çəkib və bir ömür boyu birinin qeyri-insani düşüncəsi ucbatından zərərçəkmişə çevrilib. İndi baxaq, məsuliyyətə cəlb olunanlar, özü ilə…

Ardı