Azərbaycanda küçəyə çıxması yasaqlanan insanların sayı – RƏSMİ

“Hazırda Azərbaycanda ahıl insanların sayı 720 min nəfərdir”. BiG.AZ-ın verdiyi xəbərə görə, bunu Modern.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov bildirib. Onun sözlərinə görə, ahıl dedikdə 70 yaş və onun üzəri əhali nəzərdə tutulur: “Amma məlum olduğu kimi, karantin dövründə 65 yaşdan yuxarı vətəndaşlara xidmət göstəriləcək. Hazırda 65-70 yaş arası tənha yaşayanların ayrıca qeydiyyatı yoxdur. Bu səbəbdən də 24 martdan etibarən 65 yaşdan yuxarı olan və tənha yaşayan vətəndaşlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) 142 – Çağrı Mərkəzinə zəng edərək, qeydiyyata…

Ardı

Bakıya gələn 4 nəfər müayindən yayındı – Axtarışa verildi

Martın 23-də Naxçıvan-Bakı reysi ilə paytaxta gələn 4 nəfər təyin olunmuş zala gəlməyərək tibbi müayinədən yayınıblar. “Qafqazinfo”nun məlumatına görə, onların barəsində müvafiq cəza tədbirləri təyin olunmaqla axtarış elan edilib. Təyyarədə xarici ölkələrdən, əsasən Türkiyədən gələn şəxslər olublar. Qaydalara uyğun olaraq, xarici ölkələrdən gələn şəxslər 14-21 gün müddətinə karantinə alınır, onlar koronavirus infeksiyasına yoluxma faktının müəyyənləşdirilməsi üçün müayinədən keçirlər. Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi qaydaları pozan şəxslər barəsində cəza tədbirlərinin görüləcəyi elan edilib.

Ardı

“Ürəklər”iniz ilə koronavirusla mübarizəyə dəstək olun!

Son günlər ölkədə iri holdinq və şirkətlər kimi əhali də Koronavirusla (COVİD-19) Mübarizəyə Dəstək Fonduna ianələr etmək istəyir. “Qafqazinfo” xəbər verir ki, bunu nəzərə alaraq, BirBank mobil tətbiqində yeni funksiya təqdim edilib. Belə ki, artıq tətbiq istifadəçiləri bonus şəklində topladıqları “Ürəklər”ini dəstək fonduna ianə formasında “xərcləyə” bilərlər. Fondun ianə hesabına 10 000 “Ürək” müqabilində 1 manat, 50 000 “Ürək” müqabilində 5 manat, 95 000 “Ürək” müqabilində isə 10 manat köçürmək olar. Funksiya tətbiq olunan zamandan, bir neçə saat ərzində artıq 10 000 manatdan artıq vəsait toplanıb və bu məbləğ sürətlə…

Ardı

Neft daşlarında işləyənlərlə bağlı məsələ müzakirə olunub – RƏSMİ

“Neft daşlarında işləyən şəxslərlə bağlı məsələ müzakirə olunub və SOCAR-a tapşırıq verilib”. Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib. Onun sözlərinə görə, quruma tapşırıq verilib ki, onlar bu işi maksimum insanların təhlükəsizliyinin təmin olunması şərti ilə həyata keçirsinlər.

Ardı

Azərbaycanda koronavirusa görə zərər çəkən sahibkarlara müddətli vergi güzəştləri nəzərdən keçirilir

Dövlət sahibkarlıq subyektlərinə müddətli vergi güzəştləri və tətillərinin verilməsi, sahibkarlığın kreditləşdirilməsi şərtlərinin yumşaldılması imkanlarını nəzərdən keçirir. “Report” xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov müsahibəsində bildirib. Onun sözlərinə görə, bu məqsədlə aidiyyəti dövlət qurumları, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası ilə intensiv müzakirələr aparılır. M.Cabbarov qeyd edib ki, işçi qrup biznesin qorunması və dəyən zərərlərin minimallaşdırılması üçün müvafiq təkliflər hazırlayaraq dövlət başçısına təqdim edəcək: “Eyni zamanda, işəgötürənlər də öz növbəsində mövcud şəraitdə icarədarlarla münasibətlərə yenidən baxmalı, imkan daxilində icarə haqlarının dondurulması və s. kimi məsələləri müzakirə etməlidirlər”.

Ardı

65 yaşdan yuxarı tənha yaşayan şəxslərə bu xidmətlər göstəriləcək

65 yaşdan yuxarı tənha yaşayan şəxslərə evlərində sosial məişət xidmətləri göstəriləcək. “Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yayıb.  Nazirliyin məlumatına görə, onlar evdən çıxmadan ehtiyac duyduqları istiqamətdə dəstəklə, köməklə təmin olunacaqlar: “Koronavirus (COVİD-19) infeksiyasının ölkədə yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkədə xüsusi karantin rejiminin elan edilməsi çərçivəsində 65 yaşdan yuxarı insanların da evdən çıxması qadağan edilib. Bu da koronavirus infeksiyasına yoluxma riski yüksək olan həmin kateqoriyadan olan insanların pandemiyadan qorunması məqsədinə xidmət edir. Xüsusi karantin dövründə (24 mart 2020-ci il saat…

Ardı

Bakıda işləyən rayon qeydiyyatlı şəxslər şəhərə qayıda biləcək – RƏSMİ

“Rayon qeydiyyatında olan vətəndaşlar Bakıdakı işlərinə gələ biləcəklər”. Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib. O bildirib ki, bu məsələlər Daxili İşlər Nazirliyi tərəfindən yerindəcə həll olunacaq: “Yüzlərlə müxtəlif kombinasiyalı situasiyalar var. Bunların hamısını bir qayda, bir qərarla etmək mümkün olmur. Bu tipli situasiyalar yerində Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən həll ediləcək. İnsanlar arxayın olsunlar ki, bu məslələr vətəndaşların xeyrinə həll olunacaq”. “Vətəndaş Bakıda işləyirsə, iş yerinə çatmalıdırsa, bunlar vətəndaşların xeyrinə nizamlanacaq”, – deyə o qeyd edib.

Ardı

Özəl müəssisələrdə iş rejimi necə olacaq?

“İstehsalı saxlamaq gündəlikdə deyil”. “Qafqazinfo”nun verdiyi xəbərə görə, bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov bildirib.  O, qeyd edib ki, iş yerlərində vətəndaşlar özləri koronavirusla mübarizəyə xüsusi diqqət yetirməlidirlər: “Çünki virusla mübarizə ilə yanaşı, iqtisadiyyatın davamlılığı da saxlanılmalıdır. Özəl müəssisələr, istehsal yerləri özləri və rəhbərləri virusla mübarizəni əsas tutaraq situasiyaya uyğun qərar verməlidirlər”.

Ardı

İbrahim Məmmədov: “Səfərbərlik məsələsi hökumətin gündəliyindədir”

“Ordunun və əhalinin təhlükəsizliyin təmin olunması üçün bütün tədbirlər görüləcək”. “Report” xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov ölkədə tətbiq olunacaq xüsusi rejimlə bağlı keçirilən brifinqdə çıxışı zamanı deyib. Onun sözlərinə görə, səfərbərlik məsələsi hökumətin gündəliyindədir və yəqin ki, yaxın günlərdə bununla bağlı müvafiq qərar veriləcək.

Ardı

“Azərbaycandakı hazırkı situasiya fövqəladə vəziyyətə əsas vermir”

“Azərbaycanda fövqəladə vəziyyət elan olunması istisna deyil”. “Qafqazinfo”nun verdiyi xəbərə görə, bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov bildirib. O deyib ki, hazırkı situasiya fövqəladə vəziyyət elan etməyə əsas vermir. Amma bu hal istisna olunmur.  Vətəndaşların təhlükəsizliyi üçün zərurət yaranarsa, fövqəladə vəziyyət elan oluna bilər”. 

Ardı

Kreditlərlə bağlı təkliflər hazırlanır – Rəsmi açıqlama

“Kreditlərlə bağlı təkliflər hazırlanır”. “Qafqazinfo”nun verdiyi xəbərə görə, Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov bildirib ki, bununla bağlı İşçi Qrupu yaradılıb və onlara 15 gün vaxt verilib: “Təkliflər hazırlanıb Nazirlər Kabinetinə təqdim ediləcək, müzakirə edilib qərar qəbul ediləcək. Amma prinsip budur ki, çətin dövrdə dövlət insanların üzərinə düşən yükə şərik olacaq. Amma bunun necə olacağı bəlli deyil. Şərtlər açıqlanacaq”.

Ardı
1 7 8 9 10 11 12 13 14 15 16 17 34