Leyla Əliyeva yeni doğulan körpələrə baş çəkdi – Fotolar

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakının Sabunçu rayonunda yerləşən 3 nömrəli Şəhər Klinik Xəstəxanasının doğum şöbəsində olub. “Qafqazinfo” xəbər verir ki, Leyla Əliyevaya tənəffüs problemləri və digər problemlərlə doğulduqları üçün bu xüsusi aparatlara yerləşdirilən körpələrin müalicəsi haqqında məlumat verilib. Qeyd edək ki, altmış çarpayılıq doğum şöbəsi Heydər Əliyev Fondu tərəfindən yeni küvez aparatları ilə təchiz edilib. 75 baxış

Ardı

8 saatlıq iş rejimi ilə bağlı yoxlamalar başlayır – Nazirdən xəbərdarlıq

8 saatlıq iş rejimi ilə əlaqədar iş yerlərində səyyar yoxlamalar aparılacaq.  “Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev mətbuat konfransında deyib. Bildirib ki, Əmək Məcəlləsinin tələbinə görə gündəlik iş norması 8 saatdır və bu iş rejiminə əməl edilmədiyi təqdirdə əlavə müavinət ödənilməlidir: “İşəgötürənlərə xəbərdarlıqlar ediləcək, işə qəbul olan şəxslər hüquqları ilə bağlı məlumatlandırılacaq. İş yerlərində səyyar yoxlamalar olacaq. Hazırda təkliflər paketi hazırlanır. İlk mərhələdə xəbərdarlıq olunacaq, daha sonra isə müvafiq cərimə metodları tətbiq olunacaq. Şikayətlərin dinamikasına uyğun olaraq müəssisələrə baxılacaq”. 109 baxış

Ardı

Sevgililər gününə özəl – Qadınlara alınacaq ən yaxşı 6 hədiyyə

İndicə bu məqaləni oxuyursunuzsa, deməli, siz də sevgilinizə nə alacağınıza qərar verə bilməmisiniz və hər keçən gün vəziyyətiniz daha da çətinləşir. Seçim çox, gözlənti böyük, vaxt az… Elə isə gəlin onu xoşbəxt hiss etdirəcək hədiyyəni birlikdə seçək. Philips fen-daraq dəsti O, saçlarını çox sevir, tez-tez saçlarının qayğısına qalmaq üçün gözəllik salonlarına gedir, istirahət gününün böyük hissəsini yolda və növbədə itirir… Bu mənzərə sizə də tanışdırsa, elə indi onu bu əziyyətdən xilas edin. Philips fen-daraq dəsti ilə sevgilinizin saçları qısa zamanda həcm, dolğunluq və parlaqlıq qazanacaq. Məşhur məsəldə də deyildiyi kimi:…

Ardı

Pensiyalar bu qədər artdı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Prezident İlham Əliyevin pensiya ilə bağlı sərəncamının şərhini verib.  “Qafqazinfo” xəbər verir ki, sərəncamın icrası olaraq, pensiyaların orta aylıq əmək haqqının 2019-cu il üzrə artım göstəricisinə uyğun şəkildə indeksləşdirilərək 16,6 faiz artırılması sığorta prinsipi ilə pensiya alan bütün pensiyaçıları (pensiyaçıların 93 faizi və ya 1 milyon 120 minə yaxını) əhatə edəcək. Artımın həyata keçirilməsi məqsədilə illik təxminən 560 milyon, aylıq 47 milyon manat əlavə vəsaitin xərclənməsi nəzərdə tutulur. Bu vəsait Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri hesabına maliyyələşdiriləcək.…

Ardı

“07” ilə vurulan piyada öldü

Abşeron rayonunun 28 May qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.  “Qafqazinfo” xəbər verir ki, qəza fevralın 5-də saat 21 radələrində qeydə alınıb.  Müşfiqabad qəsəbə sakini C.Vəliyev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Süleyman Şadmanovu vurub. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır. 72 baxış

Ardı

Bakıda onlayn narkotik satan narkokuryerlər saxlanıldı – Fotolar

Bakıda onlayn yolla narkotik vasitələr və psixotrop maddələr satan narkokuryerlər saxlanılıblar. “Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinə  Murad adlı şəxsin “Whatsapp” mesajlaşma şəbəkəsi vasitəsilə narkotik vasitə və psixotrop maddələrin satışını həyata keçirməsi barədə əməliyyat məlumat daxil olub. Həmin şəxsin tutulması istiqamətində keçirilən əməliyyat nəticəsində paytaxt sakini Murad Rəhmanov saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 70 qram narkotik vasitə heroin, 8 qram metamfetamin və narkotik vasitələrin satışından əldə etdiyi 3870 manat pul aşkar edilib. M.Rəhmanov ifadəsində qeyd edib ki, narkotik vasitələri onun tapşırığı ilə tanışları Rəmzan…

Ardı

9-cu sinif şagirdi məktəb yoldaşını bıçaqladı

Qazaxda orta məktəbdə bıçaqlanma hadisəsi baş verib.   “Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə şəhər 1 saylı orta məktəbdə qeydə alınıb. Məktəbin 9-cu sinif şagirdi Məhəmməd Qasımov dərs vaxtı 10-cu sinif şagirdi, 2004-cü il təvəllüdlü Nihat Rəşad oğlu Əliyevi bıçaqlayıb. Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır. 94 baxış

Ardı