Pensiyalar bu qədər artdı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Prezident İlham Əliyevin pensiya ilə bağlı sərəncamının şərhini verib.  “Qafqazinfo” xəbər verir ki, sərəncamın icrası olaraq, pensiyaların orta aylıq əmək haqqının 2019-cu il üzrə artım göstəricisinə uyğun şəkildə indeksləşdirilərək 16,6 faiz artırılması sığorta prinsipi ilə pensiya alan bütün pensiyaçıları (pensiyaçıların 93 faizi və ya 1 milyon 120 minə yaxını) əhatə edəcək. Artımın həyata keçirilməsi məqsədilə illik təxminən 560 milyon, aylıq 47 milyon manat əlavə vəsaitin xərclənməsi nəzərdə tutulur. Bu vəsait Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri hesabına maliyyələşdiriləcək.…

Ardı

“07” ilə vurulan piyada öldü

Abşeron rayonunun 28 May qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.  “Qafqazinfo” xəbər verir ki, qəza fevralın 5-də saat 21 radələrində qeydə alınıb.  Müşfiqabad qəsəbə sakini C.Vəliyev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Süleyman Şadmanovu vurub. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır. 76 baxış

Ardı

Bakıda onlayn narkotik satan narkokuryerlər saxlanıldı – Fotolar

Bakıda onlayn yolla narkotik vasitələr və psixotrop maddələr satan narkokuryerlər saxlanılıblar. “Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinə  Murad adlı şəxsin “Whatsapp” mesajlaşma şəbəkəsi vasitəsilə narkotik vasitə və psixotrop maddələrin satışını həyata keçirməsi barədə əməliyyat məlumat daxil olub. Həmin şəxsin tutulması istiqamətində keçirilən əməliyyat nəticəsində paytaxt sakini Murad Rəhmanov saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 70 qram narkotik vasitə heroin, 8 qram metamfetamin və narkotik vasitələrin satışından əldə etdiyi 3870 manat pul aşkar edilib. M.Rəhmanov ifadəsində qeyd edib ki, narkotik vasitələri onun tapşırığı ilə tanışları Rəmzan…

Ardı

9-cu sinif şagirdi məktəb yoldaşını bıçaqladı

Qazaxda orta məktəbdə bıçaqlanma hadisəsi baş verib.   “Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə şəhər 1 saylı orta məktəbdə qeydə alınıb. Məktəbin 9-cu sinif şagirdi Məhəmməd Qasımov dərs vaxtı 10-cu sinif şagirdi, 2004-cü il təvəllüdlü Nihat Rəşad oğlu Əliyevi bıçaqlayıb. Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır. 102 baxış

Ardı

Elektrik xərclərini azaltmaq üçün hansı cihazları şəbəkədən ayırmaq lazımdır?

Elektrik enerjisi tariflərinin artması ilə onun qənaət məsələsi aktuallaşır. Hesablar olduqca sadə bir şəkildə azaldıla bilər – bir sıra cihazları şəbəkədən ayırmaqla. 1. Şarj cihazları. Əlbətdə ki, onların cari istehlakı azdır, lakin bunlardan bir neçəsi varsa və gecə-gündüz işləsələr, nəzərə çarpan bir miqdar “yandıra” bilər. 2. Gözləmə cihazları. TV və ya musiqi mərkəzi uzaqdan idarəetmə vasitəsi ilə bağlandıqda, enerji istehlak etməyə davam edir. 3. Router.Modem Güc istehlakı 15 vatt qədər ola bilər. Bu da ayda əlavə 10 kVt / saatdır. 137 baxış

Ardı

Atasının adı ilə 8 qadınla kəbin kəsdirdi – Azərbaycanda qeyri-adi dələduzluq

Azad Azərbaycan telekanalının canlı efirində maraqlı və bir o qədər də hər kəsin qəzəbinə səbəb olan anlar yaşanıb. Sonxeber.az bildirir ki, Zaur Baxşəliyevin təqdimatında efirə gedən “Bizimləsən” layihəsində Nazim Quliyev adlı bir şəxsin dələduzluğundan danışılıb. Məlumata və daxil olan şikayətlərə əsasən, adı gedən şəxsin 15 rayondan olan insanlara qarşı dələduzluq etdiyi məlum olub. Daha sonra “Generalam, böyük adamlarla oturub- dururam” deyib 1 kənddən 100 min manat pul mənimsədiyi ortaya çıxıb. Lerik rayonunda dövr edən dələduzluq hadisənin bədəlini ilk olaraq elə elə həmin kəndin sakinləri ödəyib. Məlum olub ki, Nazim Quliyev dələduzluğunu…

Ardı

Transformatorun üstünə çıxan uşaq yanıb

Zaqatalada yüksək gərginlikli elektrik transformatorunun üstünə çıxan uşaq yanıq xəsarətləri alıb. Hadisə rayonun Çobankol kəndində baş verib. Kənd sakini, 2011-ci il təvəllüdlü Emin Nüsrət oğlu Əmrahov oynamaq üçün elektrik transformatorunun üstünə çıxıb. Bu zaman o yüksək gərginlikli elektrik naqilinə toxunub. Nəticədə E. Əmrahov sol yuxarı ətrafın ağır yanıq xəsarəti alıb. E. Əmrahova Zaqatala Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərildikdən sonra müayinə və müalicəsini davam etdirmək üçün Bakıya göndərilib.(apa) 66 baxış

Ardı