Baş Nazir icra başçılarına çağırış etdi

Azərbaycanın Baş Naziri Əli Əsədov rayon və şəhər icra hakimiyyətlərinin rəhbərlərinə müraciət edib.  “Report” xəbər verir ki, Baş Nazir bu barədə Nazirlər Kabineti yanında operativ qərargahın onun sədrliyi ilə keçirilən bugünkü iclasında bildirib.  “Buradan müraciət edərək qərargahın üzvlərindən kənarda olan bütün rayon, şəhər icra hakimiyyətlərinin rəhbərlərinə bir nömrəli tapşırıq kimi, cənab Prezidentin tapşırığını çatdırmaq istəyirəm. Bir nömrəli və ən vacib tapşırıq bu gün ondan ibarətdir ki, karantinin şərtləri sözsüz-şərtsiz icra olunmalıdır və hamı buna riayət etməlidir. Yaşından, vəzifəsindən, heç bir imtiyaza baxmayaraq bunun tələbləri vaxtında və tam şəkildə icra olunmalıdır”,…

Ardı

Kommunal ödənişlərlə bağlı güzəşt olacaqmı? – VİDEO

Son günlər sosial şəbəkələrdə kommunal limitlər yenidən ciddi müzakirə olunur.   Baku.Tv xəbər verir ki, buna səbəb infeksiyaya yoluxmaq təhlükəsi qarşında evlərindən çıxmayan vətəndaşların qaz, elektrik enerjisindən daha çox istifadə etmələri, nəticədə güzəşt limitini keçmələridir.  Bu isə məsələnin müzakirəsini xeyli dərəcədə aktuallaşdırır.   Ətraflı süjetdə: 

Ardı

Bərdədə ticarət obyektləri yanır

Bərdədə ticarət obyektlərində yanğın baş verib.  APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Ü.Hacıbəyli küçəsindəki yolkənarı elektirik avadanlıqları maqazinində qeydə alınıb.  Hadisə yerinə FHN-in yanğından mühafizə bölmələri cəlb olunub. İki sahibkara məxsus mağaza yanıb. Yanğınsödürənlər alovun genişlənməsinin qarşısını almağa çalışır.

Ardı

Ölkəyə 500 min maska gətirilib, apteklər yenə “yoxdur” deyir – Video

Bakıda apteklərdə tibbi maskaların olub-olmaması ilə bağlı reyd keçirilib. “Qafqazinfo”nun verdiyi xəbərə görə, Real TV-nin əməkdaşı paytaxtda bir neçə aptekə baş çəkərək dövlət rəsmilərinin ölkəyə 500 min tibbi maska gətirilərək apteklərə paylandığını xatırladaraq satışda maska olub-olmadığını soruşun.  Onların əksəriyyətində artıq tibbi maska olmadığı bildirilib. Əczaçılar depodan onlara gündəlik limitlə, 50 ədəd maska verildiyini bildiriblər və əlavə edilib ki, tələbat çox olduğu üçün maskalar tez satılıb bitir.

Ardı

Azərbaycanda bunlara əməl edən şəxslərə koronavirusa görə pul verilə bilər

Prezident İlham Əliyevin Sərəncamı ilə koronavirus (COVID-19) pandemiyasının, həmçinin dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların milli iqtisadiyyata mənfi təsirlərinin qiymətləndirilməsi, pandemiyadan zərər çəkməsi ehtimal olunan iqtisadi fəaliyyət sahələrinin müəyyən edilməsi məqsədilə İşçi Qrup yaradılıb. İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi İşçi Qrupun qarşısında qoyulmuş vəzifələrdən biri də yaranmış vəziyyətin yaxın və orta müddətlərdə ölkənin biznes mühitinə mənfi təsirinin azaldılması məqsədilə müvafiq təkliflərin hazırlanmasıdır. Bu istiqamətdə ictimaiyyətin rəy və təkliflərinin də araşdırılması dövlətin marağındadır. BiG.AZxəbər verir ki, bu barədə “vergiler.az”a məlumat verən iqtisadçı ekspert Mehdi Babayev yaranmış vəziyyətdə zərər…

Ardı

TƏBİB: Bütün bölgələrdə karantin xəstəxanaları müəyyənləşdirilib

“Koronavirus pandemiyasına yoluxma şübhəsi ilə karantinə alınan şəxslərin saxlanma şəraiti nəzarət altındadır. Onların gündəlik yemək və digər tələbatları qarşılanır”. “Report” xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deputat Erkin Qədirlinin sorğusuna cavabında deyib. R.Bayramlı bildirib ki, xəstələrin yataq yerlərinə heç bir məhdudiyyət yoxdur: “Əksər xəstəxanalarda 1 nəfərlik, böyük palatalarda isə 2 nəfər simptomları müşahidə edilməyən insan birlikdə saxlanıla bilər”. O, həmçinin xəstəliyə yoluxması şübhəli hesab edilən şəxslərin əsasən cənub zonasında yerləşən xəstəxanalara aparılması məsələsinə də aydınlıq gətirib: “İlkin olaraq, İrandan ölkəyə gələn vətəndaşlarımız çoxluq təşkil etdiyindən Azərbaycanın cənub…

Ardı

Qusarda spirt zavodu fəaliyyətə başlayıb – VİDEO

Ölkəmizdə koronavirus infeksiyası yayıldığından tibbi spirtə olan təlabat artıb və bunu qarşılamaq üçün Qusarda tibbi spirt istehsalına başlanıb.   Müəssisə müasir tələblərə cavab verən avtomatik iş rejimində işləyən avadanlıqlarla təchiz olunub.  Hazırda zavodun sutkalıq istehsal gücü 30 min litrə yaxındır. Artıq bu günə kimi 100 min litrə yaxın spirt istehsal olunaraq Bakı şəhəri və bölgələrdəki apteklərə göndərilib.  Ətraflı süjetdə: 

Ardı

İbrahim Məmmədov: “Genişmiqyaslı epidemiya olsa, bunun altından çıxa bilməyəcəyik” – VİDEO

“Bu gün Azərbaycanda ən çox sayda koronavirusa yoluxma olub və xüsusi rejimli xəstəxanalardakı xəstələrin sayı 104-ə çatıb”.  Marja xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.   “Qorxulu məqam yoluxanların sürətinin sağalanların sürətini çox üstələməsidir. Azərbaycanda indiyədək 122 nəfərdə koronavirus aşkar edilib, cəmi 15 nəfər sağalıb. İspaniyada bu dinamika var idi. Bizim də ora getməməyimiz üçün xüsusi karantin rejiminə ciddi əməl edilməlidir. Karantin rejimi imkan verir ki, cərimələr və məcburiyyətlər tətbiq edilsin. Amma hələlik bunu etmək istəmirlər, ümid olunur ki, insanlar öz fərdi məsuliyyətlərin başa düşəcəklər. Əgər…

Ardı

Azərbaycanda bir gündə neçə maska satıldığı açıqlandı

“Bu günə qədər ölkədə 2018-19-cu illərdə bir ayda 500-600 min (orta hesabla bir gündə 200 minə yaxın) maska satıldığı halda, təsəvvür edin ki, hazırda 3 gündə bu qədər sayda maska satılır”. “Report” xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov AzTV-nin “Hədəf” verilişində çıxışı zamanı deyib. O bildirib ki, hazırda bir ay üçün 3,5 milyon ədəd maska satılır: “Təbii ki, bu, bizim ölkəyə idxal olunurdu. Görünür, sahibkarlar bu günə qədər bu işə maraq göstərməyiblər. Çünki bu, biznes məsələsidir. Amma xarici ölkələrdə infeksiyalardan qorunmaq üçün istehsalçılar artıq 24 saatlıq iş…

Ardı

Yalnız Allaha təvəkkülə koronavirusdan xilas olmaq mümkün deyil – İlahiyyatçı danışır – VİDEO

Koronavirus pandemiyasından sonra bir çox insanlar bu bəladan qorunmağın yollarını dində, müqəddəs kitablarda axtarırlar. Bəs dində virusdan qorunmanın yollarını tapmaq mümkündürmü? Lent.az bildirir ki, bu və digər maraqlı sualların cavabını APA TV – nin “Yaşıl orta” verilişində ilahiyyatçı Mütəllim Əliyev və tibb elmləri doktoru Abbas Bağırov veriblər. Verilişin videosunu təqdim edirik:

Ardı

Azərbaycanda 6 yeni spirt istehsalçısı fəaliyyətə başladı

“Altı yeni tibbi spirt istehsalçısı fəaliyyətini həyata keçirir, yəni başlayıblar”. “Report” xəbər verir ki, bunu Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən Operativ Qərargahın iclasında İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib. Onun sözlərinə görə, hazırda çeşidlər olaraq 100, 250, 500 milli litr, 1 və 5 litr həcmində istehsal olunur: “İstehsal respublikada bütün ehtiyacı ödəyəcək qədərdir. Bu gün 96 faizli spirt qalığının həcmi ölkədə 1,5 milyon litrdir. Gündəlik ehtiyaclar isə ölkənin bütün ehtiyaclarını bir neçə dəfə ödəmək imkanındadır”.

Ardı
1 2 3 4 5 6 7 8 9 34