“Virusa yoluxmalar daxildə daha çox aşkarlanır”

“Bu gün karantində olanların sayı 3300-dən çoxdur, onların əksəriyyəti xaricdən gələnlərdir”. “Qafqazinfo”nun verdiyi xəbərə görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən iclasında deyib. Əliyev bildirib ki, 25 məntəqədə karantin evi var: “Təəssüf hissi ilə deməliyəm ki, son zamanlar virusa yoluxmalar daxildə daha çox aşkarlanır. Xəstəxanaya müraciət edən, pnevmaniya diaqnozu qoyulan və digər simptonları olan şəxslərdən yaxma götürülür. Testlər nəticəsində müəyyən olunur ki, onlarda da virus var və yayılma da var. Bunun daha da genişlənəcəyini nəzərə alaraq, ölkə üzrə virusla mübarizəyə 21…

Ardı

Koronavirusun hamilə qadınlara və yeni doğulanlara necə təsir edir? – Həkim açıqladı

Koronavirusun hamilə qadınlara və onların dünyaya gətirəcəkləri körpəyə hansı formada təsir etdiyi açıqlanıb. Big.az Trend-ə istinadən xəbər verir ki, Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının 2-ci mama-ginekologiya şöbəsinin müdiri, uzman Turab Canbaxışov bildirib ki, indiyədək dünyada 18 hamilə qadın koronavirusa yoluxub. Onların nə özündə, nə də dölündə ağır fəsad yaranmayıb: “Koronavirusa yoluxan hamilələrin bətnindəki döldən və döl maye suyundan nümunələr götürülüb və heç birində koronavirus aşkarlanmayıb. Onların bəziləri artıq doğuşunu həyata keçirib, bəzilərinin isə hamiləliyi davam edir. Hamiləlik keçirənlərin döllərində də bir problem aşkarlanmayıb. Koronavirusa yoluxmuş hamilə qadınlar hətta…

Ardı

Dedilər, dedilər, amma onlar eşitmədilər

Kubra Məhərrəmova yazır…  Dedilər, evdə qalın. Otura bilmədilər. Qohum-qonşugilə qonaq gedib, gecəyə kimi loto vurub baş qatdılar.  Avtobuslara dispenser qoydular. İçinə də dezinfeksiya edən məhlul tökdülər. Sərnişinlər sındırdılar, dağıtdılar. Yəqin söküb evə aparmaq istədilər.   Dedilər, restoran və kafelər saat 9-dan günorta 15.00 kimi işləyəcək. Toy-nişan tədbirləri qadağandır. Səhər tezdən toy elədilər. Günortaya kimi pul yığıb getdilər evlərinə.   Yaşı 65-dən çox olanların küçəyə çıxmasına qadağa qoydular. Yaşlılar dinləmədi, həyətə-parka çıxıb nərd vurdular. Soruşanda da çımxırıb rədd elədilər.   Dedilər, rayondan şəhərə gəlməyin. Minlərlər maşın gəldi, postlardan geri qaytarıldı.   Dedilər, bazar-dükanı bağlayın. Qapı-qapı…

Ardı

Azərbaycanda koronaviruslu xəstə əhaliyə çağırış etdi – VİDEO

“ATV xəbər”in əməkdaşları Azərbaycanda koronavirus xəstəliyinə yoluxmuş xəstələrin müalicə olunduğu xüsusi rejimli xəstəxanada olublar.  “Qafqazinfo”nun verdiyi xəbərə görə, xəstəxanada hazırda koronavirusa yoluxmuş xəstələr xüsusi palatalarda bir-bir saxlanılıb.  Koronavirusa yoluxanlardan biri qısa müsahibəsində bildirib ki, bir neçə gündür müalicə olunur: “Mən özümü narahat hiss etdim və həkimə müraciət elədim. Sonra məni bura gətirdilər. Üzümü xalqa tutaraq deyirəm ki, hər birimiz öz həkimimiz olaq. Hamını verilən qərarlara, qadağalara əməl etməyə çağırıram”.  Xəstəxananın baş direktoru Emin Hüseyn bildirib ki, orada yerləşdirilən xəstələrin bir qismi xaricdən təxliyyə olunanlar, qalanı isə onlarla ünsiyyətdə olan şəxslərdir:…

Ardı

ABB: Müddəti başa çatan bütün pensiya kartlarından istifadə vaxtı uzadılır

Ölkədə koronavirus infeksiyasına (COVID-19) qarşı mübarizə tədbirlərinə dəstək məqsədilə Azərbaycan Beynəlxalq Bankı (ABB) pensiyaçıların banka gəlmək ehtiyaclarını aradan qaldırmaq üçün “Böyüklərə hörmətlə” təşəbbüsünü elan edib. Bankdan “APA-Economics”ə verilən məlumata görə, bu təşəbbüs çərçivəsində, ilk növbədə, müddəti mart ayında başa çatan bütün pensiya kartlarından istifadə vaxtı apreldən etibarən daha 3 ay uzadılır. Bununla da pensiya kartının müddəti tamamlanmış yaşlıların kartlarını yeniləməkdən ötrü banka gəlmələrinə daha ehtiyac qalmır. Kart sahibləri yalnız Azərbaycan Beynəlxalq Bankının ATM-lərindən istifadə etmək şərti ilə növbəti üç ay ərzində pensiyalarını bu kartlarla ala bilərlər. Müddəti uzadılmış pensiya kartları…

Ardı

Azərbaycanın Fransadakı Diasporunun rəhbəri koronavirusa yoluxdu – ÖZƏL

Azərbaycanın Fransadakı Diasporunun rəhbərlərindən biri, Paris-Azərbaycan Evinin prezidenti, Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva koronavirusa yoluxub. Oxu.Az-ın xəbərinə görə,  o özündə bir neçə gün əvvəl halsızlıq və mədə ağrısı hiss edib. Bundan sonra M.Fətəliyeva həyat yoldaşının baş həkim işlədiyi Paris ətrafındakı xəstəxanada test verib. Onun verdiyi testin nəticəsi müsbət çıxıb.  Hazırda M.Fətəliyevada yalnız təngnəfəslik müşahidə edilir. Hərarəti yüksək dərəcədə olmadığından həmyerlimizin səhhəti normaldır və özünü yaxşı hiss edir. Qeyd edək ki, Fransa Avropada İtaliya, İspaniya və Almaniyadan sonra ən çox koronavirusun yayıldığı ölkədir. Son məlumata görə, bu ölkədə 25 233 adamda…

Ardı

Koronavirusa görə bəzi məhbuslar azad olundu

Ədliyyə Nazirliyinin Penitensiar müəssisələrində saxlanılan bir qrup məhbus vaxtından əvvəl azadlığa buraxılıb. Bu barədə ” Qafqazinfo”ya İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun üzvü, hüquq müdafiəçisi Səadət Bənənyarlı məlumat verib. O bildirib ki, bir müddət əvvəl koronavirus pandemiyasının yayılmasına görə ölkə rəhbərliyinə dustaqların azad edilməsiylə bağlı müraciət ediblər: “Artıq prosesə start verilib. Təxminən 200-ə yaxın məhbus vaxtından əvvəl azad olunub. Bu proses hələ davam edəcək. Yəqin ki, bu kateqoriyaya düşən digər məhbuslar da vaxtından əvvəl azad olunacaq”.

Ardı

Azərbaycanda daha bir nəfər koronavirusdan öldü – 29 yeni yoluxma

Azərbaycanda 29 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınmış, 1 nəfər vəfat edib. Nazirlər Kabineti yanında Operativ Qərargahdan “Qafqazinfo”ya verilən məlumata görə, 2020-ci il martın 12-də Türkiyədən qayıtmış 1961-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı yüksək bədən hərarəti və nəfəs darlığı ilə xüsusi rejimli xəstəxanaya daxil olmuş, müayinə zamanı onda xroniki bronxit olduğu müəyyən edilmiş, pasiyentdən COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb. Xəstənin vəziyyətinin stabilləşdirilməsi ilə bağlı həyata keçirilən reanimasiya tədbirləri nəticə verməyib. Hazırda onun ailə üzvləri və ünsiyyətdə olduğu digər şəxslər müəyyən edilir və karantinə götürülür. Eyni zamanda,…

Ardı

“Gözünüzün önündə inandığınız adam “koronodan öldüm öldüm ” deyə qışqırsın” – Namiq

Tanınmış meyxanaçı Namiq Qaraçuxurlu sosial şəbəkə hesabında yeni paylaşım edib. BiG.AZ xəbər verir ki, ifaçı koronavirusla bağlı həyəcan təbilinin olduğunu izləyiciləri ilə bölüşüb: “Təəssüflər olsun bu bəlaya hələdə “boş şeydir” deyənlər var. Kaş düşündüyünüz kimi olsun. Lakin heç olmasa hər ehtimala qarşı bircə dəfə hikkənizdən əl çəkib inanmasazda belə, inananların xətrinə ehtiyat saxlamağınızla xarizmanızmı çizilər?!! Gərək gözünüzün önündə inandığınız adam “koronodan öldüm öldüm “ deyə qışqırsın ondan sonra məsuliyyət hiss edəsiz?!!!”

Ardı

Şəmkirdə koronavirus haqda yalan məlumat yayan qadın həbs edildi – Foto

Şəmkir rayonunda koronavirus haqda yalan məlumat yayan qadın həbs edilib. DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, “WhatsApp” sosial şəbəkə istifadəçisi olan bir qadın həmin şəbəkə vasitəsi ilə “Koronavirus” pandemiyası ilə əlaqədar guya Şəmkir rayonu ərazisində vəziyyətin ağır olduğunu, Gürcüstan Respublikasının Marneuli rayonundan Azərbaycana gəlmiş bir ailənin yeddi üzvünün virusa yoluxması və həmin şəxslərin digər vətəndaşlara da virus yoluxdurması barədə heç bir dövlət qurumlarının rəsmi məlumatlarına istinad etmədən, reallığı əks etdirməyən və cəmiyyətdə çaşqınlıq yarada biləcək uydurma məlumatlar yayıb. Sözü gedən səs yazısı ilə əlaqədar Şəmkir Rayon…

Ardı

Bulvar belə yuyuldu – Fotolar

Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Dənizkənarı Milli Parkda növbəti dezinfeksiya işləri aparılıb.  “Qafqazinfo” xəbər verir ki, bu gün səhər saatlarından başlayaraq iri və xırda həcmli texnikalar vasitəsilə bütün Bulvar ərazisi xüsusi məhlullarla yuyulub. Ərazidəki oturacaqlar, məhəccərlər, işıq dirəkləri, əl tutacaqlarına qədər hər yer dezinfeksiya edilib.  Profliaktik tədbirlər Nazirlər Kabinetinin “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək məqsədi ilə görülür. Bulvar ərazisində dezinfeksiya işləri davamlı şəkildə həyata keçiriləcək.  Qeyd edək ki, Bulvar ərazisində yerləşən bütün inzibati binalar, yeməkxanalar, anbarlar və ofislər, iaşə obyektləri, gəzinti…

Ardı

Gənc qız beşinci mərtəbədən yıxılaraq öldü

Bakıda gənc qız ehtiyatsızlığın qurbanı olub. Report xəbər verir ki, hadisə Nizami rayonunda qeydə alınıb. Bəkir Çobanzadə küçəsində, 2000-ci il təvəllüdlü Həsənzadə Xədicə Ramiz qızı beşinci mərtəbədən yıxılıb. Yaralı təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, X.Həsənzadənin həyatını xilas etmək mümkün olmayıb.

Ardı