Qocanın üzünə zorla maska taxıb, başına odekolon tökdülər – video

Sosial mediada yayılan bir video istifadəçilər tərəfindən kəskin reaksiya ilə qarşılanıb. Görüntülərdə yaşlı kişini yolundan saxlayan gənclərin onun üzünə maska taxaraq başına odekolon tökdüyü görünür. “HaberGlobal”ın məlumatına görə, hadisə Türkiyədə baş verib. Görüntülərdə “viruslu birini tapdıq” deyən şəxs ondan aralanmaq istəyən qocanı zorla saxlayır, “virusa yoluxmaya qarşı fövqəladə müdaxilə komandası gəldi” deyərək, ona qarşı təhqiredici hərəkətlər edir. Sonra isə “heç kimə yoluxmadan birbaş xəstəxanaya” deyərək, yaşlı adamı yola salırlar. Kadrlar sosial mediada yayıldıqdan sonra gənclərin hərəkəti istifadəçilər tərəfindən kəskin tənqid olunub. Qocanın təhqir olunduğunu bildirən istifadəçilər asayiş keşikçilərinə müraciət edərək, şübhəlilərin saxlanılmasını…

Ardı

“Koronavirusu müəyyənləşdirən testləri gecə ilə Türkiyədən gətirdik” – Oqtay Şirəliyev

“Koronavirusu müəyyənləşdirən ilk testlər Almaniyanın bir neçə laboratoriyasında tətbiq olunurdu. Biz həmin testləri gecə ilə Türkiyədən gətirdik. Xəstəliyin gedişatı onu göstərir ki, ciddi rejim olmasa, vəziyyət dəyişə bilər”.   Oxu.Az xəbər verir ki, bu sözləri Səhiyyə naziri Oqtay Şirəliyev AzTV-nin efirində yayımlanan “Hədəf” televiziya proqramında qonaq olarkən deyib.   Onun sözlərinə görə, ciddi rejim olmasa, inkişaf etmiş ölkələrin də səhiyyəsi bunun qarşısını ala bilməz: “İlk 60-65 gün ərzində dünyada 100 min insan xəstələndi. 10 gün ərzində daha 100 min nəfərdə yoluxma halı qeydə alındı. Ölüm halları artdı. Bu, ilk infeksiya deyil. H1N1 virusu,…

Ardı

Azərbaycanda həkimləri belə alqışladılar – VİDEO

Azərbaycanda koronavirusla mübarizə aparan həkimlər alqışlanıb.   Oxu.Az xəbər verir ki, mart ayının 24-də, saat 21:00-da əhali bütün dünyada yayılmış koronavirus pandemiyası ilə mübarizə aparan azərbaycanlı tibb işçilərinə təşəkkür etmək üçün kampaniyaya qoşulub.   Bir çox şəxs eyni vaxtda evlərinin balkonuna çıxaraq amansız virusla mübarizə aparan həkimləri alqışlayıblar.  Qeyd edək ki, oxşar hal Türkiyədə də baş verib.

Ardı

Oqtay Şirəliyev: “Ciddi nəzarət olmasa, xəstələrin sayı on minlərə çata bilər”

“Ciddi nəzarət olmasa, gigiyenik normalara riayət olunmasa, xəstəliyə yoluxma halları arta bilər”.   Oxu.Az xəbər verir ki, bu sözləri Səhiyyə naziri Oqtay Şirəliyev AzTV-nin efirində yayımlanan “Hədəf” televiziya proqramında qonaq olarkən deyib.   Onun sözlərinə görə, ciddi nəzarət olmasa, xəstələrin sayı on minlərə çata bilər: “Bu, yeni bir infeksiya olduğu üçün əksər ölkələrdə xəstəliyi müəyyən etmək üçün testlər yox idi. Lakin Azərbaycan qısa müddətdə qardaş ölkə Türkiyə vasitəsilə həmin testləri əldə etdi və yoxlamalar nəticəsində virusa yoluxma hallarını tez aşkarlayaraq qabaqlayıcı tədbirlər gördü”. 

Ardı

Xüsusi rejimin qaydalarını pozan obyektlər cərimə olunacaq – RƏSMİ

Nazirlər Kabineti yanında operativ qərargah Azərbaycanda tətbiq olunan xüsusi rejim qaydalarını pozan obyektlərlə bağlı açıqlama verib. “Report” xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib. “Xüsusi rejimin qaydalarını pozan şirkətlər iaşə və digər obyektlər xəbərdarlıq olunacaq və cərimə olunacaqlar. Hətta bağlanmasına qədər gedib çıxa bilər”, deyə İ.Məmmədov vurğulayıb.

Ardı

DİN-dən Azərbaycandakı karantinin ilk günü ilə bağlı son məlumatlar: Yaşlılara xəbərdarlıq edildi – FOTO

Koronavirus infeksiyasının yayılması hallarının qarşısının alınması məqsədilə ölkə ərazisində sosial izolyasiya tədbirləri, məhdudiyyətlər tətbiq edilməkdədir. Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə virus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması üçün 24 mart 2020-ci il saat 00:00-dan etibarən xüsusi karantin rejimi elan edilib.  Qeyd edək ki, bu müddət ərzində digər zəruri tədbirlərlə yanaşı 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan edilib. Xüsusi karantin rejiminin tələblərinin icrasına nəzarət isə Azərbaycan Respublikasının Daxil İşlər Nazirliyinə həvalə olunub.   DİN-dən Oxu.Az-a verilən məlumata görə, qeyd olunan göstərişin icra edilməsi məqsədi iə…

Ardı

Nazirlik müəssisə və şirkət rəhbərlərinə müraciət etdi – Koronavirusa görə

Koronavirus pandemiyasının (COVİD-19) yayılması təhlükəsi ilə bağlı məhdudlaşdırıcı tədbirlərin həyata keçirildiyini və obyektlərdə koronavirusa yoluxma halı qeydə alınarsa, həmin şəxslə (şəxslərlə) birlikdə işçilərin tam tərkibdə karantinə alınacağını nəzərə alaraq, iş fəaliyyəti məhdudlaşdırılmayan həyat əhəmiyyətli, eləcə də mühüm istehsal, emal və satış obyektlərinin fasiləsiz fəaliyyətini təmin etmək məqsədilə müəssisə və şirkət rəhbərlərinə işçilərin həftəlik növbə əsasında 50%-nin işə cəlb edilməsi tövsiyə olunur. Bu barədə “Qafqazinfo”ya İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.  Belə ki, obyektdə işləyən şəxsdə (şəxslərdə) koronavirusa yoluxma baş verərsə, həmin şəxslə (şəxslərlə) birlikdə olan digər işçilər tam tərkibdə karantinə…

Ardı

Fonda kim nə qədər pul köçürüb? – Adlar

Xəbər verdiyimiz kimi, artıq 5 gündür ki, Prezidentin fərmanıyla Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb. Fonda bugünə kimi 68,274,279 manat ianə toplanıb. İanə köçürənlər arasında həm hüquqi, həm də fiziki şəxslər var. “Qafqazinfo” bu məqamda fiziki şəxslərin tərəfindən edilən ianələrə nəzər salıb. Belə ki, fiziki şəxslər tərəfindən Fonda ümumilikdə 781,759 manat pul köçürülüb. Minumum 1 manatdan başlayaraq 5,10, 20,50, 100 və daha böyük məbləğlərdə pul ianə edilib. Belə ki, Prezident İlham Əliyev Fonda 126,900, birinci vitse-prezident Mehriban Əliyeva isə 101,700 manat pul ianə edib. Hökumət üzvləri də ianə aksiyasına qoşulub. Fonda Baş…

Ardı

Oqtay Şirəliyev koronavirusla mübarizədən danışır – Video

Səhiyyə naziri Oqtay Şirəliyev AzTV-nin “Hədəf” proqramına müsahibə verib.  “Qafqazinfo” xəbər verir ki, nazir hazırda ölkədə koronavirusla mübarizədə aparılan tədbirlərdən danışır. ** Şirəliyev deyib ki, Azərbaycanda tədbirlər tez həyata keçirildi və bu tədbirlər dəqiq idi: “Bizə qardaş Türkiyənin vasitəsilə ilk testlər gətirildi. Elə həmin testlərlə ilk xəstələr müəyyən olundu. Bəziləri sağalıb evə buraxıldı. Qalanlar arasında müsbət gediş onu deməyə əsas verir ki, onlar da sağalacaqlar. 10 minə qədər insan arasında test aparılıb. Xəstəliyin gedişatı, həm də başqa ölkələrin təcrübəsi onu göstərir ki, daha ciddi və sərt tədbirlər olmasa, vəziyyət tam dəyişə…

Ardı

Təhsil Nazirliyi Nazirlər Kabinetinin qərarı kimi yayılan məlumata aydınlıq gətirdi

Təhsil Nazirliyinin sözçüsü Cəsarət Valehov sosial şəbəkədə bir sıra qruplarda Nazirlər Kabineti adından yayılan saxta qərara münasibət bildirib. “Qafqazinfo” xəbər verir ki, C. Valehov belə bir qərarın olmadığını, məlumatlarda ancaq rəsmi mənbəyə istinad edilməli olduğunu vurğulayıb. Qeyd edək ki, yayılan məlumatda bildirilib ki, Azərbaycan ərazisində fəaliyyət göstərən məktəb və məktəb tipli təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesində müəllimlərin Təhsil Nazirliyi tərəfindən təmin olunacaq internet xidmətləri vasitəsiylə “Distant təhsil” prosesində aktiv iştirak etmələri təmin edilməlidir.

Ardı

Dörd il sonra Bakıya qayıdan müğənni karantində – Video

Bir müddətdir Amerika Birləşmiş Ştatlarında yaşayan müğənni İlhamə Qasımova ölkəmizə qayıdan zaman hava limanından birbaşa karantinə göndərilib. “Yeni Sabah” Xəzər TV-yə istinadla xəbər verir ki, sənətçi hazırda karantin zonasındakı vəziyyət və səhhəti ilə bağlı məqamları əməkdaşlarımızla bölüşüb. Xaricdən gələn yüzlərlə insanla bərabər o da təyyarədən enən kimi paytaxtdakı karantin məkanlarından birinə aparılıb. Müğənninin sözlərinə görə, karantinə yerləşdirildikdən dərha sonra onlara dezinfeksiya üçün ləvazimatlar verilib. Maskalarla təmin olunublar. İlhamə Qasımova insanlara da çağırış edərək bildirib ki, sağlamlıq və təhlükəsizlik hər şeydən əvvəl gəlir. Ona görə də qadağa və məhdudiyyətlərə riayət etmək…

Ardı

Ekspert: “Ermənilər cəbhədə təxribat törətməklə daxili gərginlikdən diqqət yayındırmaq istəyirlər”

“Aprel ayı yaxınlaşır və yəqin ki, ermənilər 2016-cı ilin aprelindəki məğlubiyyətlərini təkrar görmək istəyirlər. Ona görə də qoşunların təmas xəttində təxribat törədərək vəziyyəti gərginləşdirirlər. Ermənistan və onun havadarları 2016-cı ilin Aprel döyüşlərini, daha dəqiq desək həmin vaxt uğradıqları məğlubiyyəti gözlərinin qabağına gətirməli və yaratdıqları hazırkı gərginlikdən narahat olmalıdırlar”. Bunu “Report”a açıqlamasında Ermənistan silahlı bölmələrinin cəbhə xəttində törətdikləri təxribatlarını şərh edən hərbi ekspert Ramil Məmmədli deyib. O bildirib ki, cəbhə bölgəsindəki son hadisələr, xüsusilə də Goranboy istiqamətindəki təxribat Ermənistanın dünyada baş verən pandemiyaya baxmayaraq yenə də öz əməllərindən əl çəkmədiyini, işğalçılıq…

Ardı
1 4 5 6 7 8 9 10 11 12 13 14 34